Ağrı var ürəyimdə.Əgər ürək demək mümkünsə ona… İndi o, hər şeyə hazırdır. Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir özünü...
Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç nə unudulmur? Əgər pislik etmisənsə, kimisə incitmisənsə o yaddaşda qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu baxışa?! Görüm, necə tab gətirirsən!?
Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı, ya «səhv» nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna «səhv» sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu içindəki qorxulu, heybətli «canavardan» imtina deməkdir. Boynundan atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar? Belə şey yoxdur!" — deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", — deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma dəyişmir.
Ardı →