D vitamini çatışmazlığı koronavirusa yoluxma riskini artırır

D vitamini koronavirusun ilk hücum etdiyi tənəffüs sistemi, həmçinin güclü immunitet sisteminin fəaliyyəti üçün çox əhəmiyyətlidir. Belə ki, onun olmaması COVID-19 ilə yoluxma riskini artırır.
D vitamini günəşin ultrabənövşəyi radiasiyasının təsiri altında bədəndə sintez olunan yağda həll olunan bir qidadır. Britaniyadan olan mütəxəssislər deyirlər: bu vitamin immuniteti gücləndirmək və koronavirus infeksiyası vəziyyətində respirator xəstəliklərin qarşısını almaq üçün mütləqdir.

Davamı →

B12 vitaminin bilinməyən 8 faydası

Daim yorğunluq, əsəbilik, yorğunluq, unutqanlıq, bədbəxtlik hissi keçirirsinizsə, həddindən artıq yemək istəyiniz varsa B12 çatışmazlığı ola bilər. Həqiqətən, insan həyatında B12 vitamini çatışmazlığı, sinir sistemi olmaq üzrə yaddaş, konsentrasiya, narahatlıq, stres, bədən ağrıları, həddindən artıq həssaslıq, demans və metabolik sürətin yavaşlamasına səbəb olur.
B12 vitamini xaricdən yediyimiz yeməklə bədənimizə daxil olur. Beləliklə, bədən B12 istehsal etmir. Pis qidalanma və ya mədə xəstəlikləri B12 vitamini çatışmazlığının səbəblərindən biridir.
Davamı →

Vitamin çatışmazlığının əsas simptomları

Vitamin və minerallar orqanizmdə olduqca böyük rol oynayır, müxtəlif vacib proseslərdə iştirak edir. Nəticədə onların kəskin çatışmazlığı müxtəlif ciddi pozulmalara səbəb olur. Bu pozulmalar arasında
— immun sisteminin zəifləməsi, ürək-damar, sinir, endokrin sistemində pozulmalar, qanazlığı, dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi və s.

Vitamin və mineralların əsas hissəsi orqanizmdə toplanmır və bu o deməkdir ki, insan onları daim qəbul etdiyi qidadan almalıdır. Yazda bir çox insanlar vitamin və mineral çatışmazlığından əziyyət çəkir.
Davamı →

Yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər

Hər birimiz yaz aylarında olan vitamin çatışmamazlığı kimi problemlə rastlaşmışıq.

Bu gün sizə yaz ayları üçün ən lazımlı olan vitaminlər haqda məlumat və ən əsası isə onları daha çox hansı məhsullarda tapa biləcəyiniz haqda danışacayıq. Beləliklə, yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər:

C vitamini. Askorbin turşusu və orqanizmin müxtəlif infeksiyalarla mübarizə aparan ən vacib “yaz vitamini”sayılır. Bəs bu vitamin ən çox hansı məhsullarda var? Bunlardan: sitrus meyvələri, itburnu, göyərti, bolqar istiotu,alma, çiyələk, kartof,gül kələmi və bütün paxlalılarda və s.kimi məhsullar sayılır. Yadda saxlayın ki, bu vitamin qaynadıldıqda və qurudulduqda yox olur. Dəmir bu vitaminə pis təsir edir.

D vitamini. Kalseferon, “günəş vitamini” sayılan bu vitamin orqanizmdə kalsiy elementinin qəbulunu təmin edir. O,günəş şüalarının təsirindən dəridə istehsal olunur. Ən çox bu məhsullarda təsadüf edilir: balıq yağı, kürü, yumurtanın sarısı, ciyər, kərə yağı, xama və süd. Bu vitamin yüksək hərarətə davamlıdır.
Ardı →