Vitiliqo nədir?

Vitiliqo dəriyə düşən ağ ləkələrdir. El arasında bu xəstəliyə «piqment pozuqluğu» da deyilir. Amma piqment pozuqluğu ilə vitiliqo arasında böyük fərq var. O olduqca ciddi bir xəstəlikdir. Vitiliqonun əsl səbəbi hələ də tibb elminə məlum deyil. Amma ilkin mülahizələrə görə, vitiliqonun yaranma səbəbi orqanizmdə melanin hüceyrələrinin itkisidir.


Davamı →

Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi (latın dilində «vitium» — «qüsur») qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan «melanin» adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə «boyayır») azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.
Ardı →