Xına haqda nə bilirik?

Ağlarot fəsiləsindən olan xına tropik ölkələrdə təbii və mədəni şəraitdə bitən çoxillik həmşəyaşıl bitkidir. Xına boyaq, bəzək və müalicə bitkisi kimi çox qədimdən məlumdur. 

Hündürlüyü 1,5-2 bəzən isə 7 metrə çatan xına bitkisi 20-30 il yaşayır. Bitkinin birinci ildə verdiyi məhsul daha keyfiyyətli olur. İsti iqlim şəraitində xına bitkisi kol və ağac şəklində, mülayim iqlim şəraitində isə ot şəklində bitir. Çiçəklərinin rənginə görə xına ağ çiçəkli və qırmızı çicəklidir. Çiçəkləri qızılgül kimi ətirlidir, noxud boyda yumru meyvə gətirir və toxum bu meyvələrdən alınır. Ucu iti, yumurtavari yarpaqlarının uzunluğu 3-5 santimetr, eni 1,5-2 santimetrə çatır.


Davamı →

Xına haqqında nələri bilirik?

İnsanların böyük əksəriyyəti xınanın daha geniş istifadəsindən az mə-lumatlıdır. Boyu 2 metrə çatan xına kol bitkisi olub Hindistan, Ərəbistan, İran kimi ölkələrdə becərilir. Saçları boyamaq üçün istifadə olunan xına tozu lavsonia bitkisinin qurudulmuş, sonra üyüdülmüş yarpaqlarıdır.

Xınanın zəngin kimyəvi tərkibi onu olduqca faydalı bitkiyə çevirir.
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xınanın qoxusunu çox bəyənmiş və mələklərin bu iydən xoşlandığını söyləmişdir, eyni zamanda həm özü çox istifadə etmişdir, həm də səhabələrinin daha çox istifadə etməsini istəmişdir.
Davamı →

Xınanın ağrıkəsici təsirləri

Keçmişdə əllər və saçları rəngləmək üçün istifadə edilən xınanın ağrıkəsici təsiri olduğunu bilirsinizmi?
Baş ağrısı ilə yanaşı bir çox tibbi problemin həllində istifadə edilən xına haqqında bilmədiyiniz bu məlumatları bizdən öyrənin. 

Davamı →

Xına və faydaları

Xına ilk dəfə Şimali Afrikada becərilməyə başlanıb. Daha sonra Hindistana oradan isə Avropaya gətirilib. Qədim zamanlardan xınadan ancaq bəzək vasitəsi kimi istifadə edilib.

Lakin xına üzərində aparılan araşdırmalardan sonra məlum oldu ki, xına təkcə bəzək vasitəsi deyil, həm də insan sağlamlığına böyük faydaları var. Hətta Misir ehramlarında xınadan müalicə vasitəsi kimi istifadə edildiyinə dair yazılar tapılıb. Publika.Az xınanın faydalarını təqdim edir:

• Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir.

• Baş ağrısı və hərarəti aradan qaldırır

• Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir.

• Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var. Dırnaqların tez qırılmasının qarşısını alır.

• Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqları və civzələri yox edir.


Davamı →