Xərçəng bürcü haqqında ♉

Xərçəng bürcü altında doğulanlar utancaq, özünə qapanmış, hissiyyatlı, qaraqabaq, küsəyən və tezinciyən olurlar, bu da Xərçəngləri çox incidir, çünki qəlblərinin dərinliyində təkcə özləri barədə deyfl həm də atrafdakı insanlar barədə düşünürlar.
Xərçəng öz ailəsinə və yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişalik bu münasibati saxlayır Xərçanglər öz doğmalarının uğurlarına sevinirlər məğlubiyyətlərinə çox kədərlənirlər. Dostiannın toylarında ağlayarlar; xəstələnəndə gecə-gündüz onlara qulluq edə bilərlər. Xərçəng ailəsinə və dostlanna ziyan vuran şəxsləra qarşı çox təcavükar olub vuruşa girişir. öz doğmasını və dostunu müdafia edandə utancaqlığını və qaraqabaqlığını bir tərəfə atır. Hücumu ən yaxşı müdafiə hesab edən Qoçlardan fərqli olaraq Xərçənglər özünümüdafiəyə üstünlük verirlər.


Davamı →

Xərçəng bürcünün xarakteri

Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə «Xərçəng»in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular.
Məqalənin girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir.
Davamı →

Xərçəng bürcü

Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi haradasa görmüşəm» — ilə başlayasız. Onların çox gözəl yaddaşları var.
Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər. Etibarım qazanmalısız. Bu söhbəti çoxdan unutduğunuzu ona göstərin.
Davamı →

Xərçəng (22 iyun-22 iyul)

Su işarəsidir. Ayın himayəsi altındadır. Açıq xasiyyətlidir, xəyalpərəstdir. XƏRÇƏNG bütün Zodiak işarələri içərisində ən müəmmalı işarədir, çünki Ayın hökmranlığı altındadır. Ay onun hissiyyatını o dərəcədə kəskinləşdirir və mənəvi aləminə o dərəcədə təsir edir ki, XƏRÇƏNG ətrafdakılara qəribə və anlaşılmaz görünür. İncə əsəb sisteminə və yaxşı inkişaf elmi intuisiyaya malikdir.
Ardı →

Xərçəng bürcü

Misir mifologiyasında bu bürc analığın, əbədi qadın incəliyinin və müdrikliyin təcəssümü sayılan İsida ilahəsi ilə əlaqələndirildi. Qədim misirlilər münbitlik, su və külək ilahəsi, ailənin və dənizçiliyin müdafiəçisi İsidaya sitayiş edirdilər. XƏRÇƏNG bürcü Ayın himayəsində olan yeganə bürcdür. Babillilər XƏRÇƏNGİN Ay ilə birləşməsinə müəmma kimi baxırdılar, buna görə də XƏRÇƏNG, işarəsi altında dünyaya gəlmiş adamları axirət dünyasının qüvvələri ilə bağlı hesab edirdilər.


Lap qədim zamanlardan XƏRÇƏNG insanın şüurunda Yerlə su arasında bir növ vasitəçi kimi təsəvvürə gətirilirdi. Belə hesab edilirdi ki, məhz buna görə XƏRÇƏNG iki mühitdə yaşayır. Vaxtilə bütün Yaponiya arxipelaqında, indi isə Xokkaydo adasında yaşayan aynlar şirin suda və dənizdə yaşayan «Xərçəng-yengəclərə» həsr edilmiş xüsusi bayramı indi də qeyd edirlər. Qədim Tibet risalələrində «iki qısqaclı xeyirxah ruh» haqqında sözlərə tez-tez təsadüf edilir. Nepalın bəzi dağ monastırlarında indi də hücrənin qapısından gil xərçənglər asılır və qoca rahiblər onlara səcdə edirlər.


Ardı →