İsti çay və xərçəng xəstəliyi

İsti çayla xərçəng xəstəliyi arasında əlaqə
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.
Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. 

Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı. 


Davamı →