Suçiçəyi

Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. 
Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.


Ardı →

Allergiya

Bəzən qəbul etdiyimiz qidalar bədənimizdə qızartılara, dildə-dodaqda şişkinliyə, nəfəsalmada çətinliyə səbəb olur.Lakin bu təsirlərə əksər hallarda əhəmiyyət vermirik, laqeyd yanaşırıq. Allergiyaya qarşı həssas olanların mütləq bu çatışmazlıqla bağlı testlərdən keçməsi vacibdir. Maltepe Tibb Mərkəzi Dermatoloji Mütəxəssisi Dr. Leyla Ərdən vaxt keçdikcə fikir vermədiyimiz allergiyanın sonradan gücləndiyini qeyd edir.
İstanbulun Cerrahpaşa Tibb Fakültəsinin müəllimi, astma və allergiya mütəxəssisi Prof. Dr. Əhməd Rasim Küçükusta xüsusilə 3 yaş altındakı uşaqlarda süddən allergiya verdiyini vurğulayır. Südə qarşı allergiyası olan uşaqlarda qusma və köp halları müşahidə edildikdə süd verilməsi dayandırılmalıdır. Belə uşaqların yalnız 80 faizində 3 yaşdan sonra süd allergiyası aradan qalxır. Lakin bəzi uşaqlarda bu hal həmişəlik qalır. Qida allergiyası hər yaşda meydana gələ bilər. Əsasən allergiyaya səbəb olan qidalar balıq, qabıqlı dəniz məhsulları, süd, soya, yumurta, çiyələk və s.-dir. Qidanın görüntüsü, qoxusu, dadı belə bəzən allergiyaya səbəb ola bilir.

Qida allergiyasının əlamətləri nədir?
Nizamsız ürək döyüntüləri, təzyiqin ani olaraq qalxıb-düşməsi, dəridə qızartılar, şişkinliklər və s. Bu hal uzun sürərsə və müalicə olunmazsa, ölümə də nəticələnə bilər.


Ardı →

Xəstəliklər | Qrip

QripHavaların dəyişkən keçməsi ilə əlaqədar daha çox yoluxduğumuz və “keçib gedər” deyə müalicəsindən imtina etdiyimiz qrip sonradan əksər xəstəliklərin “səbəbkarına” çevrilir. Son vaxtlar isə uzunmüddətli öskürəklə müşayiət olunan qriplər daha çox yayılıb. Qripi əlamətlərinə görə bənzər xəstəliklərdən ayırd etdikdən sonra müalicəsinə başlamaq lazımdır. Özünü tədricən göstərən halsızlıq, asqırıq, burun tutulması, boğaz ağrısı, bəlğəmli, ya da fasiləli öskürək soyuqdəymənin əlamətləridir və tez keçib gedir. Qripin əlamətləri isə birdən ortaya çıxır və 3-6 saat ərzində üşümə, halsızlıq, yorğunluq və hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Qrip virusuna yoluxan adam 3 gün ərzində xəstələnir və öskürərkən havaya milyonlarla virus yayılır. Sağlam orqanizmə hava vasitəsilə virus daxil olur və əgər bədənin immuniteti azdırsa, 1-4 gün ərzində xəstə olur. İctimai yerlərdə qripə yoluxma halları daha çox baş verir. Çünki virus xarici mühitdə 2-8 saat qala bilir.


Ardı →

Xarakterə görə xəstəliklər

Narahat 
Qayğılı və ən kiçik bir hadisədən narahat olan adamlarda təzyiqə daha çox rast gəlinir.xəstəliklər

Aqressiv 
Kinli, pisliyi unutmayan, intiqam hissi güclü olan adamlar ömrü boyu ürək ağrılarından əziyyət çəkirlər. Mütəxəssislər aqressiv insanların psixoloji xəstəliklərə daha meyilli olduqlarını bildirirlər.

Utancaq 
Özlərini rahat hiss etməyən, utancaq adamlar virusa daha çox yoluxurlar.

Xoşrəftar 
Belə adamlar bütün hadisələrə baxmayaraq, hər şeyə nikbin baxırlar və pis adamlara nisbətən 7,5 il çox yaşayırlar.

Sirsaxlayan 
Həmişə başqalarının problemlərini özününkü bilən və özünü hər dərdə ortaq görən adamlar xərçəng və infarkt ehtimalı ilə üz-üzə qalırlar.

İnsaflı 
Qarşısındakı adama qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar uzun yaşayırlar.


Davamı →

Dəhşətli xəstəliklər

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.
Progeriya

1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.


Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz
nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

Ardı →

Kondisioner xəstəliyi

Legionellozn(Legionerlərin xəstəliyi)- Legionelyoz kəskin respirator infeksiya və pnevmoniya əlamətləri ilə gedən infeksion xəstəliok olub, əksər hallarda ürək-damar və tənəffüs çatışmazlığı qanaxma verir.

Etiologiyası:Leginolyozun törədiciləri Legionella pneumophiledir. Mikrobun 30-dan çox növü vardır. L pneumophile – pnevmaniya yerdə qalanları məs. L micdadei, L bozemanii və s. Tənəffüs orqanlarının xəstəliklərini törədirlər.

Epidemiologiyası: Legionelloz sapranoz infeksiyasınıntipik nümayəndəsi hesab edilir. Xəstəliyin mənbəyi və yoluxma yolları dəqiq deyil. İnsandan insana keçmir. Yaz payız ayları epidemiya şəklində yayılır. Qalan vaxtlar aerogen yolla keçməsi təsdiq olunmuşdur. Yoluxma faktorlarına torpaq, kondisionerin havası, duş qurğularının başlığı aiddir.


Ardı →

Narkolepsi

Yəqin, mən tək deyiləm ki, dərsdən qayıtdıqda avtobusda mürgüləyirik. Əsas da, oğlanlar, avtobusun arxasında oturarkən yuxuya gedirlər. Lakin mən bir an tez yuxuya düşüb ayıla-ayıla gəldiyim vaxtı yuxu ilə real aləmin fikrimdə qarışdığını hiss etdim və yadıma 3 illik arkadaşımın danışdığı bir xəstəliyi araşdırdım. Azərbaycanca tapa bilmədim, çalışacağam sizə Azərbaycanca məlumat verim:

Narkolepsi
Narkolepsi — gündüz aşırı yuxululuq — Excessive Daytime Sleepness (EDS) — ilə xarakterizə olunan nevroloji bir durumdur. Yuxu paralici, katapleksi və hipoqolik halüsinasiyalar isə bu xəstəlik zamanı ortaya çıxan fəsadlar kimi qiymətləndirilə bilər.
Ən gözə çarpan simptomlarından birisi gecə yaxşı yatmağına baxmayaraq, gündüz aşırı yuxululuqdur. Xəstəlik sahibi olur-olmaz yerlərdə, vaxtlarda, əksərən də özlərinin də fərqinə varmadıqları vaxt yuxu getmək ehtimalıdır. Gün içərisində bir növ, «yuxu hücumları»na məruz qalanlar bu xəstəliyə düçar olurlar.
Katapleksi — əzələlərin fəaliyyətinin zəifləməsidir. Bu peiodik prosesdir. Bu period aşırı gülmək, qızğınlıq, qorxu və digər duyğular proseslər nəticəsində üzə çıxa bilər.
Yuxu Paralici — oyanma əsnasında danışa bilməmə, hərəkət edə bilməmə prosesidir. Bu daha təhlükəlidir.
Hipoqolik Halüsinasiyalar — son dərəcədə sıx görülən, canlı, sıx qorxuducu olan, yuxuya giriş vaxtı və çıxış vaxtı röya tipli bir şeydir. Loru dildə «qarabasma»lar görülməsidir.
Katapleks yalnız narkoleptik xəstələrə şamil olunası simptom olduğu halda, digərləri başqa xəstəlik zamanı da ortaya çıxa bilər.

Mənbə :  http://tr.wikipedia.org/wiki/Narkolepsi
Davamı →

Metallokoniozlar

Metallokoniozlar — peşə ilə bağlı ağ ciyər xəstəlikləridirlər, bəzi metal tozlarının nəfəs yoluna düşməsi ilə şərtlənirlər: berillioz — berillium tozları, sideroz — dəmir tozları, alüminoz — alliminium tozları, baritoz — barium tozlarının törətdiyi xəstəliklərdir və s. 
Ən xoşxassəli gedişat metallokoniozlarda olur, onlar üçün ağ ciyərdə birləşdirici toxumaların azacıq şaxələnməsi ilə rengenokontrast tozların (dəmir, qalay, barium) ağ ciyərdə toplanması xarakterikdir. Əgər bu metal tozlarının təsiri aradan götürülərsə, bu pnevmokoniozlar inkişaf etmirlər; ağ ciyərin rehtgenokontrast tozlardan öz-özünə təmizlənməsi nəticəsində prosesin geriyə dönməsi mümkündür.
Bəzi metallokoniozlarda xəstənin orqanizminə zəhərləyici və allergen təsiri üstünlük təşkil edən tozlarda (berillium, kobalt və s.), bəzən gedişatı ağir olur.

Davamı →

Pnevmoskleroz

Pnevmoskleroz — sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda — alveollarda şaxələnməsidir.
Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.
Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda inkişaf edir. Bu onunla izah olunur ki, spirt buxarı bronx və alveol divarlarına qıcıqlandırıcı təsir göstərir.
Ardı →