Xəzinəyə gedən yol xəritəsi

İnsan istəklərinə necə nail ola bilər?
Uğurlarınızla sizin aranızda meylləriniz vardır. Həyatda uğur qazananlarla qazanmayanlar arasındakı fərq budur. Uğur qazanan insanların da, uğursuz insanların da həyatlarını düşüncələr idarə edir və istiqamətləndirir. Diqqət eidrsinizsə, düşüncənin tərkibi burada çox önəmlidir.

Bir qab, ancaq öz içindəkin bayıra sızdıra bilər. İnsan gün boyu düşündüklərinin cəmidir. İnsan nə düşünürsə odur və insan ancaq beynindəkiləri həyata keçirə bilər. İnsanın içindəki yaradıcılıqdırsa, insan yaradıcı olacaqdır. Əksinə, insan dağıdıcı düşüncə tərzinə malikdirsə, onun zehni yenə də içində mövcud olanı gerçəkləşdirəcəkdir.

Zehin üçün yaxşı-pis yoxdur. Zehin ancaq ona verilən əmrləri icra edir. Zehnini faydalı düşüncələrlə proqramlaşdırmağı bacaran insan fayda görəcəkdir. Eynilə bir el məsəlində deyildiyi kimi: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Əsasən insanlar, başqalarının köməkləri sayəsində bir şey olduqlarını düşünürlər. Həyatdakı mövqelərini, ətrafındakı sistemin müəyyənləşdirdiyini zənn edərlər. Əslində isə bizi biz edən, ətrafımızda olanlar deyildir, içimizdəkilərdir. Nəticə etibarı ilə, həyata baxışlarımıza görə özümüz məsuliyyət daşıyırıq. Nasist Almaniyasının bir əsir düşərgəsindən sağ-salamat qurtarmağa nail olan Viktor Frankl belə demişdir: “İnsanın hər bir şərt altında öz meyllərini müəyyənləşdirə bilməsi, onun əlindən heç bir zaman alınmayacaq azadlıqdır.”
Ardı →