Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyinin nadir toplusu xalqımızın milli mədəniyyətinin zəngin xəzinəsidir. Bu muzeydə qədim xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır.
Xalça Muzeyi dünyada, xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.
Davamı →

Xalçaların təmizlənməsi

Xalçada təbii liflər nə qədər çoxdursa, onu təmizləmək bir o qədər çətindir. Təbii liflərdən olan xalça çirki daha çox götürür, nəinki sintetik. Nəzərə alın ki, tozsoran yalnız xovun yuxarı hissəsini təmizləyir. Sintetik xalçanı tozsoranla təmizləmədən qabaq, onun üzərinə antistatik vasitə çəkmək lazımdır. Belə olan halda toz xalçanın üzərindən tez təmizlənər. Yaxşı olar ki, xalçalara qulluq edəndə xalçalar üçün nəzərdə tutulmuş müasir vasitələrdən (şampunlar-dan) istifadə edəsiniz, lakin xalçaları belə vasitələrlə tez-tez təmizləmək tövsiyə edilmir. Həmçinin xalçaları tez-tez yumaq olmaz, xüsusilə də isti su ilə, bu halda xalçalar tez köhnəlir və rəngləri solur. Eləcə də xalçaları günün altında qurutmaq olmaz – yalnız kölgədə.

Qışda xalçaları qarla təmizləmək olar. Xalçanı üzü yuxarı qarın üstünə sərin, üstünə qar səpin və süpürgə ilə təmizləyin.

Davamı →

Xalça - Milli təfəkkür tərzimiz

Xalça Oğuz- türk ellərinin həyat tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik baxışlarının, yurda, torpağa, vətənə məhəbbət hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin tarixi, yaşam tərzi kodlaşdırılmışdır. Nəsillərdən bizə ərməğan olan bu əvəzedilməz irsi qiymətli sərvət kimi qoruyub saxlamalı, orada yazılan milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmalıyıq. Xalça eksperti Mark Dans deyir: “Hər bir Azərbaycan xalçası nadir incəsənət nümunəsidir. Sanki xalçaların üzərindəki simvollar, elementlər sənə öz hekayətlərini söyləyirlər”. 

Köçəri həyatdan oturaq həyat tərzinə keçən babalarımız, nənələrimiz tarixi ilmə-ilmə xalçalara həkk etdi, məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşatdı. Bunu 2500 il əvvələ aid edilən qədim Hun türklərinin, Oğuz ellərinin, ulu babalarının yaşadıqları Dağlıq Altaydakı Pazırık kurqanlarının birindən buzlaşmış halda tapılan, hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində nadir sərvət kimi saxlanılan xovlu xalça əyani sübut edir. Pazırık xalçası bitkin süjetli mükəmməl sənət nümunəsidir. Həmin xalçanın üzərində 24 ağac şəkli təsvir olunmuşdur. Bu da türklərin 24 boyunu — şəcərəsini əks etdirirdi. İnsan ana təbiətin ən ağıllı, yaradıcı balasıdır. Ona görə də insan bütün həyatı boyu ana təbiətdən öyrənir.
Davamı →

Evə xalça alarkən nələrə diqqət etməli?

Uşaq otaqları
Uşaq otağının dekorasiyasına töhfə verən, yuxulu körpə və yorğun valideynlərin rahat edə biləcəyi, oyun oynayarkən körpənizin rahat ola biləcəyi xalçalar seçin. Tük tökməyən, qısa tüklü, orqanik məhsullardan hazırlanmış xalça seçin.

Qonaq otağı
Bu otaqda daha çox oturulduğu üçün dözümlü xalçalar seçin.

Yemək otağı 
Otaqda yemək yeyildiyi üçün ləkə tutmayan xalça seçin. Tünd rəng tonlarında olsun.

Böyük xalça sifarişi vermədən əvvəl stilinə, rənginə, otağın dekor və rənginə uyğunluğuna, məkanın istifadəsinə uyğun stildə, ölçüdə xalça seçin.

Ölçü götürərkən divardan 30-60 sm boşluq buraxmaq lazımdır. Otağa işıltı qatacaq xalça alın.

Mətbəx üçün masaları əhatə edə biləcək xalça seçin.

Məkanın ölçüsündən çox böyük xalça almayın.

Yemək otağı üçün uzun tüklü xalçalar almayın. Tək rəngli və geometrik naxışlı xalçalar rəng uyğunluğunda daha asan seçilir.


Davamı →

Xalçaçılıq

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.
Davamı →