Barmaq dolamasından necə xilas olmalı?

Dırnaq dibindəki iltihablaşma bir-neçə həftə ərzində sağallmasa, iltihablaşma artır və həkim iltihabı cərrahi yolla sağaltmağa məcbur olur. Bu bəzi hallarda dırnaq dibinin dərindən kəsilməsinə, hətta dırnağın çıxarılmasına səbəb ola bilir. İnsanların bir qismində dolama xəstəliyi ağırlaşma verməsə də diabet xəstələri üçün bu ağır patologiyalara səbəb ola bilər.

Barmaq dolamasından təbii vasitələrlə xilas olmaq üçün sizə bir-neçə məsləhət görürük:
1. Bir stəkan soyuq suyun içərisinə 1 xörək qaşığı əməköməci qatıb, 12 saat saxlanılır. Sonra su isidilir, barmaq suyun içərisində 20 dəqiqə vanna edilir.

2. Bir ədəd təzə çiy yumurta dərin qaba tökülür, xəstə barmaqla həmin yumurta 20 dəqiqə yavaş-yavaş qarışdırılır. Bu proses dolama yetişib irin axana qədər, gündə bir-neçə dəfə təkrar edilir.
Davamı →

Pol-pala

  • Flora
Pol-pala otu çox güclü sidikqovucu, antiseptik və iltihabəleyhinə təsirə malikdir. Otun bu xüsusiyyətləri xalq təbabətində və ənənəvi tibdə çox geniş istifadə olunur.

Pol-palanın əsas faydalı xüsusiyyəti ondan ibarətdir ki, bu ot böyrəklərdə olan urat daşlarını parçalayır və böyrəklərdən çıxardır. Bu səbəbdən bu otu hətta «skalpelsiz cərrah» adlandırırlar. Həmçinin pol-pala hipertoniya (yüksək təzyiq), sistit (sidik kisəsinin iltihabı) zamanı əlavə müalicəvi vasitə kimi istifadə olunur, yaxşı ödqovucudur, immun sisteminə çox müsbət təsir edir, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir.
Davamı →

Soyuqdəyməyə və qripə qarşı təbii müalicə

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkimə qəbuluna düşmək məsləhətdir. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

Ərzaqlar:
Yarım stəkan əzilmiş zəncəfil
Qarım stəkan rəndələnmiş qara turp
Yarım stıkan sarıkök
Yarım stəkan soğranmış ağ soğan
¼ stəkan əzilmiş sarmısaq
2 dənə acı bibər
2 limonun suyu və qabığı
Alma sirkəsi
Bal

Hazırlanması:
Zəncəfil, turp, soğan, sarmısaq, bibər və limonu bir qaba qoyun. Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün. Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.
Davamı →

Körpələrdə diş çıxması zamanı xalq təbabəti üsulları ilə yardım

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur.

Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan sonra körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və 5 yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.

Uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud tutulduğu hər hansı xəstəliklər əsas yer tutur.
Davamı →

Zəncirotu şirəsi

Zəncirotu çox faydalı və müalicəvi bitkidir. Zəncirotu universal bitkidir. Müalicə məqsədi ilə zəncirotunun yarpaqları, gülləri və kökləri istifadə olunur.

Zəncirotunun güllərindən çox faydalı şirə hazırlanır. Bu şirə orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, yaxşı ödqovucu təsirə malikdir.

Zəncirotunun güllərini yığın, yuyun, şüşə qabına doldurun, üzərinə şəkər tozu tökün, 4 gün sərin, qaranlıq yerdə saxlayın. Alınmış şirəni süzün və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu — 10 gün. Şirə qurtarandan sonra yeni porsiya hazırlayın.
Davamı →

Zəfəran suyu

Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır. 1 il ərzində bütün dünyada yalnız 200-300 ton zəfəran istehsal olunur. Ən yaxşı zəfəran Hindistan zəfəranı sayılır.

Zəfəran bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibində «qlikozid» maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.
Davamı →

Qarğıdalı saçaqlarından müalicəvi çay

Qarğıdalı saçaqları xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Qarğıdalı saçaqları sidik və ödqovucu təsirə malikdir, qanda şəkərin səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, toksinləri, şlakları xaric edir.

Qarğıdalı saçaqları iştahanı azaldır və bu səbəbdən arıqlamaq üçün istifadə oluna bilər. Sizə tərkibində qarğıdalı saçaqları olan çox faydalı və müalicəvi çayın reseptini təqdim edirik. Bu çay orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmi təmizləyir, iltihabları azaldır, arterial təzyiqi tənzimləyir, arıqlamağa kömək edir.

1 x.q. xırdalamış təzə qarğıdalı saçaqları, 1 x.q. itburnu (istifadə etdikdən əvvəl yaxşı əzin), 1 x.q. çobanyastığını termosa tökün, üzərinə yarım l qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl adi çay kimi için. Öd daşı və böyrək daşı xəstəliyi zamanı bu çayı içmək olmaz.
Davamı →

Soğan qabığından müalicəvi çay

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Davamı →

Badımcan qabıqlarından təbii ürək dərmanı

Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə (antosian, resveratrol, nasunin) zəngindir.

Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.

Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.
Davamı →

Nanə yağının müalicəvi xüsusiyyətləri

Nanə və nanə yağı qədim zamanlardan müalicə üçün istifadə olunur. Dahi Hippokrat, Parasels və Avisenna öz elmi əsərlərində nanənin müalicəvi xüsusiyyətlərini təsvir etmişlər.

Müasir tibdə də nanə yağının müalicəvi xüsusiyyətləri çox geniş istifadə olunur. Nanə yağı «validol», «valokordin», «korvalol» kimi tanınmış preparatların tərkibinə daxildir. Nanə yağının müalicəvi xüsusiyyətləri arasında:

— Baş ağrılarını müalicə edir. Nanə yağının bir neçə damcısını alnınıza və gicgahlara sürtün və uzanın. Baş ağrısı tez bir zamanda azalacaq.

— Nanə yağının qoxusu sinir sistemini sakitləşdirir, qorxular, stress, sinir gərginliyi zamanı yaxşı kömək edir. Stress zamanı nanə yağı əlavə olunmuş vannaları qəbul edin. 6 damçı nanə yağı 1/2 stəkan süddə qarışdırılır və ilıq vannaya əlavə olunur. Bu vannaları 10 gün ərzində hər axşam qəbul edin.
Davamı →