Ağ tut dəmləməsi

Ağ tut çox faydalı müalicəvi məhsuldur. Ağ tutun dəmləməsi, şirəsi xalq təbabətində bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Ağ tut bəlğəmgətirici, iltihab və mikrobəleyhinə təsirə malikdir, qanın tərkibini yaxşılaşdırır, ürəyin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, sinir sistemi üçün faydalıdır.

Sizə ürəyi möhkəmləndirən və ürəyin fəaliyyətini yaxşılaşdıran ağ tutun dəmləməsinin reseptini təqdim edirik. Belə dəmləməni hər gün uzun müddət ərzində içmək olar.
Davamı →

Süd zərdabı

Rusiyanın məşhur «ZOJ» xalq təbabəti jurnalında bir pasiyentin hekayəsində onun 50 yaşında dəhşətli ağrılardan əzab çəkdiyindən bəhs olunur. 

Qadının bütün tibbi müalicələri, hətta Dimedrolla birgə ağrıkəsicilər vurması belə effektsiz olduğundan o, artıq sonunun gəldiyini düşünür.

" Ayaqlarımdan başlayan ağrılar sonradan çiyinlərimə, boynuma kimi yayıldı. Daban şporu diaqnozu ilə müalicə aldım, daha sonra xəstəxanada yatdım. Müalicələr qısa müddətdə effekt verirdi.
Ağrılar o qədər dözülməz olmuşdu ki, gəzmək istəmirdim, yata bilmirdim. Tez-tez təcili yardım gəlirdi, dimedroda ağrıkəcisi qatıb vururdular. Bir azdan onların da təsiri olmadı. Rəfiqəmin məsləhəti ilə hər gecə ayaqlarıma buz kimi soyuq su tökürdüm, ağrı 1-2 saatlıq kəsirdi. 
Davamı →

Xanımotu

Adi xanımotu mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır.

Bu bitki əsrlərlə revmatizm xəstəliklərindən, soyuqdəyməyə bir çox xəstəliyin müalicəsində xalq tərəfindən geniş istifadə edilir.

Sədəf xəstəliyi və sızanaq müalicəsinə yaxşı təsir edir
Adi xanımotunda estrogen hormonu olan lignanlar, hidrogen-sulfid tərkibli birləşmələr və polifenollər var. Ondan hazırlanan məhləm sədəf, sızanaq və digər dəri xəstəliklərinə də böyük təsir göstərir.
Davamı →

Ampeloterapiya - üzümlə müalicə

Üzüm təbiətin yeganə nemətidir ki, ona xüsusi olaraq ampeloqrafiya elmi həsr edilib. Yunanca ampelos – üzüm, qrafo — yazıram deməkdir. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ və sortları, onun xüsusiyyətlərinin ətraf mühit və insan amilinin təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənən elmdir. XIX əsrin əvvəllərindən bir elm kimi inkişaf etməyə başlayıb.

İlk dəfə ampeloqrafiya terminini 1661-ci ildə elmə gətirən polşalı təbiətşünas Filip Yakov Saks onun banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasını ispan alimi Simon de Roxas Klemente işləyib.
Davamı →

Soda məhlulu

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır.

Professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanların orqanizminin mühiti turş olur ki, nəticədə bu bir çox xəstəliklərin inkişafına, o cümlədən xərçəngə yol açır.

Professor Neumıvakin sübut edirdi ki, orqanizmin daxili mühitinin qələviləşdirilməsi bizi ən ciddi və təhlükəli xəstəliklərin inkişafından qoruya bilər.

Professor daxili mühiti qələviləşdirmək məqsədi ilə ən sadə və ucuz vasitədən istifadə etməyi tövsiyə edirdi. Bu hər evdə olan adi sodadır. 
Davamı →

Mixəyin araqda cövhəri

Arteriya və venaların daxili divarlarında yığılan yağ və xolesterin zamanla onları tıxayaraq, ateroskleroza səbəb olur. Damar tutulması isə beyin, ürək qansızması, infartka və çox xəstəliklərə səbəb olur. Təəssüf ki, bu xəstəliyi insanlar gec hiss edir, çünki əlaməti olmur.

Əgər ürəkdə ağrılar, sancmalar, baş ağrıları, baş gicəllənmələri, başda küy, görmənin və eşitmənin zəifləməsi varsa, o deməkdir ki, damarlarınızda problem var və bu resept köməyinizə gələ bilər.
Davamı →

100 dərdin dərmanı məcun

Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.

Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:
— damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır
— xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır
— immun sistemini möhkəmləndirir
— orqanizmdə iltihabı azaldır
— orqanizmə virus və mikrob əleyhinə təsir edir
— dərinin və saçların vəziyyətini yaxşılaşdırır
— qurdqovucu təsir edir
Davamı →

Quşüzümü

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.
Bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:
— güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir
Davamı →

Kinoa

  • Flora
Kinoa Cənubi Amerika və And dağlarında bitən kinao bitkisinin dənləridir. Kinoadan çox istifadə etmək insanlarda boy artımının sürətlənməsinə səbəb olur. Kinoa bitkisinin açıq yaşıl rəngli budaqları, iri yaşıl yarpaqları və çoxlu miqdarda toxumları toplanmış iri meyvəsi olur. Kinoa bitkisinin üç növü var.

Bu onların rənginə uyğun olaraq ayırd edilir. Onun qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var. Kinao qədim qida məhsullarındandır. O hinduların ən çox istifadə etdikləri qidalardandır. Bu bitkiyə kartof və qarğıdalı qədər ehyiyac duyulur. Bunun səbəbi isə onun faydalı tərkibə malik olmasıdır. Kinoa bitən bölgələrədə digər taxıl məhsullarının qıtlığı yaşandığı zamanlarda çörəyi və qidanı əvəz eləmək məqsədilə isstifadə edilib.
Davamı →

Peyğəmbərimizdən (s.a.v.) müalicələr

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.
Davamı →