Cinsi zəifliyə qarşı məcun

Əsəbilik, çox siqaret çəkmə, alkoqol, uzun sürən xroniki xəstəliklər və kimyəvi dərmanlardan uzun müddət istifadə edilməsi cinsi istəyi azaldır. Araşdırmalar göstərir ki, ailələrin 80 faizi cinsi uyğunsuzluq nəticəsində boşanır. Tərəflərin birində cinsi istəyin çox, digərində isə az olması da cinsi uyğunsuzluq yaradır.

Cinsi həvəsi artırmaq üçün məcunun hazırlanma qaydası belədir: 50 qram zəncəfil, 50 qram jenşen, 50 qram güləm, 100 qram xurma (tozcuqları) poleni və 50 qram çaşır kökü üyüdülərək toz halına salınır, 1 kiloqram bal və 500 qram keçibuynuzu bəkməzi ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı qəbul edilir.
Davamı →

Ekzema üçün İbn Sinadan resept

Hazırda ekzemaların səbəbi dəqiq aşkar olunmadığından bəlli müalicəsi də yoxdur. Həkimlərin xəstələrə hormonal təsirli mazlar təyin etməsi müalicədən çox müvəqqəti yaxşılaşmaya səbəb olur.

Ekzemaların müalicəsi sahəsində böyük loğman İbn Sina belə bir reseptdən istifadə edirdi:
50 qram çaşır kökü, 200 qram alma sirkəsi və 1 dolu xörək qaşığı bal qarışdırılır, hər gün çalxalanaraq qaranlıq və soyuq yerdə 2 həftə saxlanır.
Davamı →

Quranda adı çəkilən yeganə ədviyyat

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik. Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm. Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.

Zəncəfil mədə-bağırsağın hərəkə-tini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir. Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.
Davamı →

Kartof və kök şirəsi

Bizlər xəstələndiyimiz zaman çalışmalıyıq ki, yediyimiz yeməklərlə, içdiyimiz içkilərlə müalicə tapaq, əgər bunlar effekt verməsə, sonra dərman bitkilərindən və ondan sonra dərmanlardan istifadə edək.

Yazdığım bu 2 şirənin qarışığı mənim öz xəstələrimə çox vaxt təyin etdiyim və nəticələrini gördüyüm bir qarışımdır. Hər iki bitki ayrı-ayrılıqda faydalıdır, əgər bizlər kök şirəsini rahatca içə biliriksə kartof şirəsini rahat içə bilmirik və beləcə kartof şirəsindən faydalanmırıq.

Dəfələrlə mədə bağırsaq, miomaların müalicəsində kartof şirəsi təyin etsəm də, çox insanlarımız kartof şirəsindən istifadə etməmişdir, amma bu qarışım rahat içilir, həm kökün, həm də kartofun faydalarını görmüş oluruq. Faydaları isə bitməz və tükənməzdir.
Davamı →

Öskürəyə faydalı çaylar

Öskürək bir çox respirator infeksiyaları müşayiət edir. Öskürəyin effektli müalicəsi üçün orqanizmə kifayət qədər maye daxil olmalıdır — bu adi su, çay da ola bilər.

Maye bəlğəmi durulaşdıraraq orqanizmdən xaric etməyə kömək edir. Öskürək zamanı istifadə olunan bəzi təbii vasitələr sağalmanı tezləşdirə bilər.
Davamı →

Aloe şirəsi ilə faydalı məcun

Aloe vera bitkisi (əzvay) ən faydalı və təsirli müalicəvi bitkilərdən biridir. İnsanlar bu bitkinin faydaları haqqında hələ bizim eramızdan əvvəl bilirdi və ondan müxtəlif müalicəvi məqsədlərlə istifadə edirdi. Qədim Şərq təbabəti kitablarının birində "ölümsüzlük dərmanı«nın resepti tapılıb. Bu reseptə aloenin şirəsi də daxil idi.

Aloe vera xalq təbabətində çox geniş istifadə olunur. Lakin tək xalq təbabəti deyil, müasir ənənəvi tibb də aloe bitkisinin müalicəvi xüsusiyyətlərini təsdiq edir. Aloe əsasında müxtəlif dərman preparatları buraxılır. 
Davamı →

Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kökü və 120 santimetrə qədər böyüyə bilən tünd yaşıl yarpqları olur. Xren may-iyun aylarında böyüyür, yarpaqları böyüdükcə onun kökü də inkişaf edir.

Xrenin müxtəlif növləri var. Xrendən çox xoşlananalar onu öz bostanlarında da yetişdirə bilirlər. Onun qədim zamanlarda yunanlar, pomlılar və misrlilər tərəfindən daha çox istifadə edildiyi söylənilir. İndi xren dünyanın bir çox ölkələrndə yabanı halda yetişir. Bu bitkinin ən çox qida sənayesində ətrindən istifadə edirlər.
Davamı →

Bağayarpağı

Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.

1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Davamı →

Fındıq yağının faydaları

Fındıq yağından ötən əsrin 70-ci illərindən istifadə eddilməyə başlanılıb. Fındıq yağı ilk dəfə həmin illərdə istehsal olunmağa başlanılıb. Bu yağın eksportu ilə əsasən Fransa, İtaliya və Türkiyə məşğul olur. Fındıq yağı badam yağı qədər orqanizmə faydalıdır.

Soyuq sıxma üsulu ilə əldə edilmiş fındıq yağı kəhrəba rəngində və xüsusi qoxuya malik olur. Onun tərkibi E, B, PP və C vitaminim ilə zəngindir. Bu vitaminlərin qarışımı orqanizmə enerji verir. O orqanizmi tonuslandırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur.

Necə seçməli?
Alan zaman fındıq yağının rənginə diqqət yetirmək lazımdır. Onun rəngi şəffaf olmalı və qoxusu insan xoş təsir bağışlamalıdır. Rənginin bulanıq olması onun keyfiyyətsiz olmasının göstəricisiddir. Onu 12 ay müddətində soyuq və qaranlıq yerdə saxlamaq mümkündür.
Davamı →

7 təbii ağrıkəsici

1. Zəncəfil kökü
3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar.

Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatim xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.
Davamı →