Heyva və bal

Bir-birindən güclü antioksidant təsirli iki qida — bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?
 
Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir. 
— Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
 
— Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
Davamı →

Vanqadan möcüzəvi reseptlər

Məşhur bolqar öncəgörücüsü və xalq bilicisisi Vanqanın insanlara şəfa verməsi, sağaltması və məsləhətlər verməsi haqqında dəfələrlə məlumat verilib. Bu qeyri-adi qadının özünün sirli reseptləri olduğu da hər kəsə məlumdur. 
 
Bəs o sirli reseptlər hansılardır?
1. Həftədə 1 dəfə həll bişmiş buğda və ya arpa yeyin. Bu zaman təmiz su için. Bununla orqanizimi təmizləyəcəksiniz.
2. Çox isti su ilə baş və bədəninizi yumayın.
3. Bacardıqca tez yatın, tezdən oyanın.
Davamı →

Sarıkök suyu

Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.

Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb. Sarıkökün əsas təsiredici komponenti olan «kurkumin» güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.

Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:
Davamı →

İnsultun qarşısını alan şam qozası

Xalq təbabətində insultun nəticələrinin aradan qaldırılması və profilaktikası üçün yetişmiş şam qozalarının alma sirkəsi ilə spirtli cövhərindən istifadə olunur. 5 yetişmiş şam qozasının üzərinə 1/4 litr spirt (70%) və ya keyfiyyətli araq tökülür.

Otaq temperaturunda 10 gün saxlanılır. Sonra süzülür və 1 çay qaşığı evdə hazırlanmış alma sirkəsi (üzüm sirkəsi ilə də əvəz etmək olar) əlavə edilir.

Hər gün gecə 1 stəkan açıq çayın içərisinə 1 çay qaşığı bu cövhərdən əlavə edilərək içilir. Balla içilməsi arzuolunandır. Bu vasitə qanı duruldur, beyin damarlarına müsbət təsir edir, sinir hüceyrələrinin məhv olmasının qarşısını alır, hərəkətin və nitqin koordinasiyasının bərpasını təmin edir.
Davamı →

Ayı ödü

Ayı ödündə insanın ödünə bənzər turşular çoxdur. İnsan ağır xəstələndikdə, xüsusən onkoloji xəstəliklərdə bir sıra turşuların istehsalı demək olar ki, dayanır və həzmetmə pozulur. İnsan yemək yeyə bilmir. Ayının ödü isə olduqca güclü və yağları parçalamağa gücü çatan orqandır. Ona görə qədimdən indiyə kimi tibdə ayı ödündən istifadə olunur. Tibbin atası İbn Sinadan da ayı ödünün faydalarından bəhs edən reseptlər qalıb.

Hansı xəstəliklərdə tətbiq olunur:
Mədə-bağırsaq, öd pozulmaları
Mədə turşuluğunun normallaşdırılması
Orqanizmdən zəhərli maddələrin çıxarılması
Güclü ağrılarda
Hepatit və pankreatitdə.
Davamı →

Zökəmi müalicə edən sadə vasitə

Soyuq fəsillər başlayandan zökəmi müalicə etmək üçün istifadə olunan müxtəlif burun spreyləri və damçılarara olan tələbat xeyli artır.

Apteklərdə belə vasitələrin ən ucuzunun qiyməti 1-2 manatdan aşağı olmur. Sizə hər evdə tapılan inqrediyentlərdən ucuz və effektli zökəm dərmanının hazırlanması qaydasını təqdim edirik. Bu xüsusilə uşaqlar üçün uyğun vasitədir ki, onun tərkibində heç bir yanaşı təsir, allergiya və s. ağırlaşmalar verən inqrediyent yoxdur.
Davamı →

Sarımsaqlı bal

Sarımsaq bal ilə qarışdırıldıqda sağlamlıq üçün faydalı bir hala gəlir. Ancaq ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsi məsləhət görülür.

Sarımsaq təkbaşına təbii antibiotik təsir göstərdiyindən sağlamlıq üçün olduqca faydalı bir qidadır. Ancaq mütəxəssislər sarımsağın əzildikdə daha faydalı olduğunu irəli sürürlər. Çünki tərkibindəki alicin maddəsi sarımsaq əzildiyi zaman və balla qarışdırıldığında təsirini çoxaldır.

Xərçəngin qarşısını alır
Balla sarımsaq qarışımı xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə qarşı faydalı olduğu bildirilir. Siqaretin yaratdığı mənfi təsirləri azaldır. Sarımsaqlı bal sağlam bir qaraciyərə və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.
Davamı →

Böyrək sağlamlığı üçün təbii qarışım

Xalq təbabətində böyrəklərin sağlamlığını qorumaq üçün bir çox təbii vasitələr var. Sizə belə vasitələrdən birini təqdim edirik.

2 ədən limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürülür. Limonu qabıqlı şəkildə cəfəri ilə birlikdə blenderdə xırdalayın, bal əlavə edin və yaxşı qarışdırın.

Hər gün yeməkdən 40 dəqiqə əvvəl bu qarışıqdan 1 xörək qaşığı yeyin və 1 stəkan su için.
Davamı →

Kəklikotu bu 7 xəstəliyi müalicə edir

Kəklikotunun faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bu ot xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

1. Kəklikotu çayı spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı, qadınlarda menstruasiya ilə bağlı ağrılar və s.) azaldır.

2. Ağız boşluğu iltihabları, tonzillit (angina) zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Davamı →

Şüyüd toxumu

Şüyüd toxumu güclü qurd əleyhinə vasitədir. Şüyüdün özü də qurdları öldürmək xüsusiyyətinə malikdir. Lakin onun toxumlarında bu xüsusiyyət daha güclüdür. Bu məqsədlə şüyüd toxumunu bir neçə üsulla istifadə etmək olar.

1. Hər səhər acqarına 1 çay qaşığı şüyüd toxumunu çeynəyin və 1 stəkan su için.

2. 1 x.q. şüyüd toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür, gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla içilir.
Davamı →