Moruq saplağı

Moruqdan mürəbbə və ya kompot bişirdikdə saplaqlar adətən atılır. Lakin bu çox böyük səhvdir. Moruğun saplaqları moruq qədər xeyirlidir. Bu saplaqların tərkibində giləmeyvədə olan bütün faydalı maddələr mövcuddur. Bu səbəbdən saplaqları atmayın, onları qurudun və soyuq fəsillərdə faydalı dəmləmələr və çaylar hazırlayın.

1 ç.q. moruq saplağını 1 fincan isti suda dəmləyin və ətirli, faydalı, müalicəvi çaydan zövq alın. Moruq saplaqlarından hazırlanmış çayın müalicəvi xüsusiyyətləri:
— soyuqdəymə zamanı çox faydalıdır
— iltihabları azaldır
— immun sistemini möhkəmləndirir
— baş ağrısını müalicə edir
— tərkibində olan antioksidantlara görə orqanizmi cavanlaşdırır
— orqanizmdən ziyanlı maddələri xaric edir.
Davamı →

Cövüz

Cövüz qədim zamanlardan təbabətdə istifadə olunur. Cövüz orqanizmə stimullaşdırıcı və tonuslaşdırırcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir. Bu məqsədlə cövüzü bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin cövüz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Cövüz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi cövüz həm qadın, həm də kişilərə təsir edir.
Davamı →

Diş ağrısından qurtulmağın sadə yolu

Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var:
Dişin strukturunun dəyişməsi
Dişin çəkilməsi
Karies
Damağın zədələnməsi
Yuxu zamanı dişqıcama sindromu
Yanlış müalicə edilmiş dişlər.

Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə də dincələ bilir.
Davamı →

Ayaq qaşıntısına çarə

Yay aylarında ayaq qaşınmaları çoxalır əsasən baldır və topuq hissələrdə qaşınmalar daha çox olur. Çünki yayda tərləmələr çoxalır, axan tər daha çox ayaqlara dəydiyindən qaşınmalar ayaqlarda olur.

Deməli, 2 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan suya qarışdırıb gündə 3 dəfə ayaqlarınızı bu suya batırılmış pambıq parça ilə silin.

 fizulihuseynov.com
Davamı →

Ağcaqanad dişləmələrinə qarşı 5 vasitə

Bu vasitələri hər evdə tapmaq olur və onlar həqiqətən effektlidir.

1. Buz
Yerli keyidici təsir edir, ağrını və qaşınmanı tez bir zamanda azaldır. Buz kubları, buzxanada olan istənilən donmuş məhsul istifadə oluna bilər. Dəridə 10-15 dəqiqədən artıq saxlamayın.

2. Qatıq
Bu da çox effektli vasitəbir. Ağcaqanad dişlədiyi yerə çəkin və saxlayın.

3. Soda
Yarım stəkan suya 1 ç.q. soda əlavə edin, qarışdırın, pambıq, bint və ya pambıq əski isladın və dişlənmiş yerə qoyun. İslatmanı 1-2 dəfə dəyişin.
Davamı →

Qızılgül ləçəklərindən faydalı çay

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənilir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir:
— sinir sisteminə müsbət təsir edir
— sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır
— ürək əzələsini möhkəmləndirir
— təzyiqi aşağı salır
— bağırsaqlara antiseptik təsir edir
— mikrobları öldürür
— stomatiti müalicə edir
— arıqlamağa kömək edir
— qurdları öldürür
— orqanizmi cavanlaşdırır
Davamı →

Qarğıdalı saçaqlarından müalicəvi çay

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

Belə çayın bir çox faydalı xüsusiyyətləri var:
— Sidikqovucu təsirə malikdir
— böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.
— Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.
— Qanda şəkərin səviyyəsini aşağı salır.
— Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.
— Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.
Davamı →

Güclü tərləməyə qarşı 4 təbii vasitə

İsti havada tərləmə ciddi bir problemə çevrilir. Bəzi insanlar var ki, müxtəlif səbəblərə görə dezodorantlardan istifadə edə bilmir (allergiya, dəri problemləri və s.).

1. Alma sirkəsi
Təbii alma sirkəsi insanı tərin xoşagəlməz qoxusundan xilas edir. Bunun üçün duş qəbul etdikdən sonra bədənin ən çox tərləyən hissələrinə (qoltuq altı nahiyələr, ayaqlar) alma sirkəsini çəkmək lazımdır.

2. Palıd qabığı dəmləməsi
Palıd qabığı dəmləməsini (1 xörək qaşığı palıd qabığı + 1 stəkan qaynar su) ayaq vannaları üçün istifadə edin və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkin.
Davamı →

Şəkəri müalicə edən bitkilər

Şəkər xəstəliyi haqqında yetərincə paylaşmalar etsəm də bu bitkilərin birgə istifadəsi, belə desək məni heyrətləndirdi.

Artıq bir çox insanlar heç bir vasitədən istifadə etmədən bu bitki qarışımından istifadə edərək normal həyatlarını yaşayırlar.

Çayın tərkibi:
– Ud hindi üyüdülmüş
– 300 qram
– Qarazirə meyvəsi üyüdülmüş
– 300 qram
– Bağayarpağı üyüdülmüş
– 300 qram
Davamı →