Dualar, alqışlar və qarğışlar

Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranması və etiqadlarının ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur.

Yəni dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur istəyi ilə deyilir, söylənilir. Bu səbəbdən mərasim, mərasim ayini növü ola bilmir. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da, söylənilir. «Kitabi-Dədə Qorqud»da boyların sonluğunda bildirilir ki, igidlərin uğuru, yaxud kafirlər üzərində qələbələr şərafinə mərasimlər keçirilir. Bu mərasimlərdə iştirak edən Dədə Qorqud dualar söyləyir: Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın qurumasın. Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Ötkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polat üz qılıncın gödəlməsini şərkən ala göndərin ufanmasın! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni düşməninə möhtac eyləməsin! Axır-sonu ari camaldan ayırmasın! «Amin» deyənlər behişt görsün! Ağ alınanda beş kəlmə dua qıldıq, qəbul olsun! Allah verən ümüdün kəsilməsin! Yığışdırsun-duruşdursun günahınızı adı görkli Məhəmməd Mustafa səni bağışlasın! Oğullar qarındaşdan ayırmasın!


Davamı →