Göytürk xaqanlığı (552-744)

Göytürklər İmperiyası — Orta Asiya və Çin ərazisində qurulan türk dövləti. Göytürklər Göktanrıya inanırdılar. Buna görə özlərinə «Göytürk» adını götürmüşdülər. Tarixdə «Türk» adından istifadə edən ilk Türk dövlətidir. Göytürk Xaqanlığı 552-ci ildən 745-ci ilə qədər mövcud olmuşdur. Çinin Sien-pi mənşəli Şimal Zhou, Şimal Qi, Susu və Tang xanədanları ilə uzun müddət döyüşmüşdülər. Qardaş çəkişmələri, vətəndaş müharibələri və çinlilər ilə olan uzun döyüşlər dövlətin yıxılmasına gətirib çıxarmışdır. Türklər tərəfindən qurulmuş olan bu Xaqanlıq Asiya tarixində müəyyən izlər qoymuşdur.
Dövlətin ilk öndəri Bumun Xaqandır. Bumun Xaqanın qardaşı İstəyi Yabgu ölkənin qərb qanadını idarə edirdi. Göytürklər qonşuları olan Çin, Sasani və Bizans İmperatorluğu ilə əlaqələr qurmuşdular. Şərq Göytürk Xaqanlığı 630-cu ildə, Qərb Göytürk Xaqanlığı isə 659-cu ildə Çin hakimiyyəti altına girdilər.
Davamı →