Xarakter və qabiliyyət

İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.
Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyətləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol oynayır.
Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir. Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prosesində formalaşır.
Davamı →

Yumruğunuz xasiyyətinizi ələ verir

Sizə çox sadə və maraqlı psixoloji test təqdim edirik. Yumruğunuzu sıxın və onun formasını şəkildə tapın.

1. Bu insanlar çox təvəzökar, lakin istedadlı və ağıllıdırlar. Onlar yeni şeyləri öyrənməyi, oxumağı sevir, tez-tez ensiklopedik bilgilərə sahib olurlar. Təhsildə, elmdə böyük uğurlar qazanırlar. Çox enerjili, yeni ideyalarla dolu olurlar. Digər tərəfdən bu insanların bir çoxları qapalı olur və digər insanları özünə yaxın buraxmağı xoşlamırlar.
Davamı →

Qısa saç nəyin göstəricisidir?

Araşdırmalar göstərir ki, xarici görünüş insanlar üzərində müəyyən təsirlər formalaşdırır. Bunlardan isə ən önəmlisi saçdır.

Belə ki, qısa saç insanlar tərəfindən daha dominant, kəskin zəkalı, agressiv və üsyankar xarakter göstəricisi kimi qəbul edildiyi halda, uzun saçlı qadınlar ətrafda daha uzlaşan, təmkinli, sakin və səbirli təsiri yaradırlar.

Westminster universitetinin apardığı bir araşdırmadan çıxan nəticəyə görə isə qara saçlı qadınlar sarışınlardan daha çox diqqət çəkirlər.

Sosioloq Dr. Rose Weitz isə qıvırcıq və ya dalğalı saçlı insanların düz saçlılarla müqaisədə daha istiqanlı, mehriban və səmimi təsir bağışladıqlarını müəyyən etmişdir.
Davamı →

Xarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.


Ardı →

Ayaqqabı seçiminə görə insan xarakteri

                       

Seçdiyiniz ayaqqabılar həm də xarakteriniz əks etdirir. Budur ayaqqabı seçiminə görə sizin xarakteriniz...

Düz ayaqqabılar: Düz ayaqqabılar sizin nə qədər rahat və “cool” biri olduğunuzu göstərir. Bununla yanaşı, müstəqil ruhunuzdan xəbər verir.

İdman ayaqqabılar: Liderlik xüsusiyyəti olan, həyatı anlıq yaşamağı sevən və atletik birisiz. Olduqca bəsit həyat tərzi sürdürməyə üstünlük veririsiniz.


Ardı →

Gözlərin xarakteri

Göz formaları:

Badamı — müştəbehlik

Badamı kənarları yuxarıya olan — bəsirətçi

Badamı kənarları aşağı olan — utancaqlıq, etibarlılıq

İri — sadəlövhlük, etibarlılıq

Kiçik — sadəlik, qılaflılıq, lovğalıq

Böyük veə dairəvi — artistlik, ünsiyyətcillik

Batıq — intellekt, idarəolunmazlıq

Önə cixan (nisbətən qabarıq) — ehtiraslılıq

Bir-birinə yaxın — acıdillilik

Bir-birindən aralı — yaxşı təəssüratlılıq


Ardı →

Tale rəqəmi

Təzə doğulmuş uşağınızın hansı xarakter sahibi olacağını bilmək maraqlı deyilmi? Bir sıra mütəxəssislər bunun üçün çoxdandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı tale rəqəmlərinin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır.
Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37
Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10
Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1

Beləliklə, uşağın tale rəqəmi 1-dir.

Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31
Alınan ədədin tərəflərini toplayaq: 3+1=4. Demək, uşağın tale rəqəmi 4-dür. Beləliklə, bütün insanlar doqquz qrupa bölünür.


Ardı →

Dodaqlar nədən xəbər verir?

Dodaq formalarının insan təbiətindəki hansı xüsusiyyətlərdən xəbər verdiyini bilmək istəyirsinizsə, məlumatı diqqətlə oxuyun.
Qeyd etmək istəyirəm ki, bu xüsusiyyətlər qadına aiddir. İndi isə güzgüyə baxın və dodaq formanızın aşağıdakılardan hansına uyğun olduğunu müəyyənləşdirdikdən sonra xasiyyətinizdə bəlkə də sizə bəlli olmayan tərəflər haqqında da məlumat alın.

1. Dolu, enli dodaqlar (Azarkeş qadın)dolu, enli dodaqlar
Əgər onun xoşuna nəsə gəlibsə, o, bu «nəsə»ni elə həmin dəqiqə əldə etmək istəyir və söhbətin nədən getməsinin heç bir fərqi yoxdu – bu, yeni bir çanta da ola bilər, kişi də ola bilər. Sərbəst və enerjili biri olaraq o təşəbbüsü ələ alaraq ilk olaraq qarşı tərəfə görüş təyin etməkdən və ya zəng etməkdən çəkinmir. Bu tip qadın təbiətdən hədiyyə gözləmir və ona lazım olanları özü götürməyə, əldə etməyə üstünlük verir. Onun həyatında daim nəsə «maraqlı» bir şey baş verir və rəfiqələrinin dilindən «darıxıram» sözünü eşidəndə çox təəccüblənir. «Ya indi, ya da heç vaxt!» – budur onun həyat devizi.


Ardı →

Xarakterə görə xəstəliklər

Narahat 
Qayğılı və ən kiçik bir hadisədən narahat olan adamlarda təzyiqə daha çox rast gəlinir.xəstəliklər

Aqressiv 
Kinli, pisliyi unutmayan, intiqam hissi güclü olan adamlar ömrü boyu ürək ağrılarından əziyyət çəkirlər. Mütəxəssislər aqressiv insanların psixoloji xəstəliklərə daha meyilli olduqlarını bildirirlər.

Utancaq 
Özlərini rahat hiss etməyən, utancaq adamlar virusa daha çox yoluxurlar.

Xoşrəftar 
Belə adamlar bütün hadisələrə baxmayaraq, hər şeyə nikbin baxırlar və pis adamlara nisbətən 7,5 il çox yaşayırlar.

Sirsaxlayan 
Həmişə başqalarının problemlərini özününkü bilən və özünü hər dərdə ortaq görən adamlar xərçəng və infarkt ehtimalı ilə üz-üzə qalırlar.

İnsaflı 
Qarşısındakı adama qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar uzun yaşayırlar.


Davamı →

Fizioqnostika

Qədim Çindən qaynaqlanan bu elm, öz aktuallığını günümüzdə də saxlamaqdadır.Bu gün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşdir yolunuz Çindən düşsə bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək. Və xəbər tutaq ki, üzümüzdə nə yazılıb?


Ardı →