Xardalın bilmədiyimiz inanılmaz faydaları

Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir, iştahanı artırır, həzm proseslərini yaxşılaşdırır. Bədəndə yağların parçalanmasını sürətləndirir.
Xardalın əsas xeyirli xüsusiyyətlərini təqdim edirik:
Davamı →

Xardalın faydaları

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər. Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir.

Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır. Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.
Davamı →

Xardal bitkisi

Xardal boyu 40-50 santimetrə qədər qalxa bilən birillik xardal bitkisinin kökündən hazırlanan ədviyyatdır. Bu bitkinin düz və çıplaq budaqları olur. Belə ki, xardalın budaqları uzandıqca onun üstündəki yarpaqların sayı azalır. Xardalın çiçəkləri sarı rəngdə olur və çiçəklər töküldükdən sonra onların yerində toxumlar formalaşır. Xardal bitkisinin ağ, qəhvəyi və qara növləri var.

Xardalın növləri bitdiyi yerlərin iqliminə uyğun olaraq rənglərini dəyişir. Xardala Himalay dağlarında, Şərq ölkələrində, Avropa ölkələrində rast gəlinir. Əsasən xardalın toxumlarından istifadə edilir. Xardal toxumlarından 5000 il əvvəllər də istifadə edilməsinə dair yazılara rast gəlinib. Onu texniki işlməmədən keçirdikdən sonra xardal yaxması hazırlayırlar. Bütün marketlərdə xardal yaxması satılır.
Davamı →

Xardal yağı

Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı unikal müalicəvi məhsuldur. Zee News xəbər verir ki, xardal yağı ürəyin sağlamlığını qoruyur, «pis» xolesterolun səviyyəsini aşağı salır, «yaxşı» xolesterolun səviyyəsini qaldırır.

Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini 70%-ə qədər azaldır. Həmçinin bu yağ hipertoniyanın riskini azaldır və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər. Yağı digər bitki yağları kimi istifadə etmək olar — qidalara, salatlara əlavə etmək və s.
Davamı →

Xardalın faydaları

Təəssüf ki, bu olduqca faydalı ədviyyatdan bizdə çox da populyar deyil. Söhbət xardaldan («qorçitsa») gedir.

Xardal həzm sistemi üçün əla təbii müalicəvi və profilaktik vasitədir. Xardal həzm sistemində yaşayan əksər ziyanlı mikroorqanizmləri məhv edir. Bu səbəbdən ədviyyat mədə-bağırsaq sistemi üçün sanki güclü təmizləyici vasitədir.

Həmçinin xardal bağırsaqlarda iltihabları azldır, həzm proseslərini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir, mübadilə proseslərini aktivləşdirir.

Piylərin parçalanmasını sürətləndirən xardal arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir.

Yağlı ət xörəklərini qəbul etdikdə xardal sousundan istifadə edin. Bu həzm proselərini asanlaşdıracaq və artıq çəkinin yığılmasına mane olacaq.
Davamı →

Xardalın müalicəvi xüsusiyyətləri

Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.

Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.

Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium),  polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir.    Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir — iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir.  Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan «qorxur». Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.


Ardı →