Avstraliyada yaşamaq üçün tələblər

Həyatını dəyişib xaricdə yaşamaq fikri hər bir insanın ağlından keçə bilər. Əgər belə fikirlər sadə arzu çərçivəsindən çıxırsa, artıq onu həyata keçirmək yollarını axtarmaq lazımdır. Arzunun gerçəkləşməsi, ilk növbədə, bu ölkəni seçməklə başlayır. Əksəriyyət doğma olan materiki ilə kifayətlənir, lakin okeanın o tayına köçmək istəyənlər də var. Amerika Birləşmiş Ştatları ilə yanaşı bu cür uzaq istiqamətlər arasında Avstraliya da böyük rəğabət qazanıb.

Ölkə iqlim, təhlükəsizlik və sosial təminat səviyyəsi üzrə reytinqlərdə liderliyini qoruyur. Avstraliyaya immiqrasiya imkanlarını araşdırarkən məlum oldu ki, bu ölkənin potensial vətəndaşlarına yüksək tələblər irəli sürülür.
Davamı →

Xarici ölkələrdə hansı biznesi yaratmaq olar

Xaricde biznese nece baslamali
ABŞ:
Çox az büdcə ilə sahiblərinə uğur gətirmiş start-uplar müstəsna olmaqla, 14 min dollar ABŞ-da çox da zəngin olmayan, lakin rahat həyat təmin edə bilər. Bunun üçün isə diqqəti varlı şəhərlərə deyil, nisbətən kənarlara yetirmək lazımdır. ABŞ-da 15 000 dollara öz marketinq agentliyini yaratmış Roman Smolevskiy böyük ofisdən imtina edərək, vəsaiti əsas olaraq əməkdaşlara və istehsalata yatırmışdı. Hazırda agentlik 4 stomatoloji klinika, restoranlar şəbəkəsi və bir neçə orta səviyyəli şirkətin işlərini idarə edir. Onun sözlərinə görə, hər şey biznesi harada yaratmaq istəyinizdən asılıdır. Məsələn, Şimali Dakotada kiçik bir şəhərdə 14-15 min dollara personalı və avadanlığı ilə birlikdə kafe kirayə götürmək mümkündür.
Davamı →