Xarici görünüşün şəxsi həyatda və iş karyerasında rolu

Heç şübhəsiz ki, fiziki xüsusiyyətləri yüksək olan insanlar həyata 1:0 öndə başlayırlar. İnsanlar sözdə yüksək mənəvi dəyərlərin əsas olduğunu desə də, beynimiz insanlara öncə onun yaraşıqlı, gözəl, yoxsa çirkin, kök, yoxsa arıq, alçaq boylu, yaxud hündürboy olmasına görə davranır.
Məsələn, bir kollektivə yeni daxil olduğunuzu düşünün. Bu, bir dost mühiti və ya yeni iş yeri ola bilər. Yeni iş yerinizə ilk dəfə getdiyiniz zaman insanlarda fiziki görünüşünüz və geyiminizlə təəssürat yaratmış olursunuz. Əgər yeni tanıdığınız əks cins sizdən daha yaxşı geyimli və daha yaxşı fiziki xüsusiyyətlərə (məsələn, daha hündür və ya fit bədənə) sahibdirsə, o sizə seks partnyoru kimi baxmayacaq.
Davamı →