Rihanna

Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir — anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə — Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.

2004-cü ildə «Miss Combermere» gözəllik yarışmasında birinci olur və «Combermere məktəbinin rəngləri» festivalında səhnəyə çıxaraq Mariah Careynin «Hero» mahnısını ifa edir. Rihanna ilk böyük addımını hələ 15 yaşındaykən bir dostunun vasitəsi ilə musiqi prodüseri Evan Rogers ilə tanış olmaqla atır. Rogers həmin anda həyat yodaşı ilə istirahət edirmiş. Bacarıqlı produser və onun iş ortağı olan Carl Sturken Rihannanın ilk səs yazılarına kömək etməyə qərar verir.

Rihannanın bu səs yazıları Amerikanın bir çox şirkətinə göndərilmişdi. Bu yazılardan biri də Jay-Z-yə çatmışdı. Jay-z Rihannanı müqaviləyə imza atması üçün «Def Jam Records»la bir araya gətirir.
Ardı →

Cessika Alba

Jessica AlbaCessika Mari Alba 28 aprel 1981-ci ildə Pomona şəhərində anadan olmuşdur. Bir müddət sonra ailəsi Missisipi ştatına köçmüşdür. Ailə çox da xoşbəxt günlər yaşamamışdır, atası meksikalı olduğundan heç yerdə onu işə götürmürdülər. Nəticədə o, hərbçi oldu. Üç ildən sonra HHQ-də xidmət edən atasını yenidən  Kaliforniyaya göndərdilər. Orada yaşayaraq, onlar Texas ştatına, Del Rioya köçdülər.

Anası mənşəcə yarıfransız, yarıdanimarkalı olduğundan qonşular üçün «emiqrant» hesab olunurdu. Ces dünyaya gələndə onun valideynləri çox gənc idilər, evə əlavə gəlir gəlmirdi, elə ev özü də nisbi məna daşıyırdı. Lakin Cessika ailənin tək övladı deyil, onun Coş adlı qardaşı da var. Qızcığazın 9 yaşı olana qədər ailəsi ştatdan ştata on dəfə köçmüşdür.

5 yaşında Cessika aktrisa olmağı qərara almışdır. 12 yaşında aktyor kurslarına getməyə başladı. 13 yaşında həyatda özünün ilk rolunu aldı. Ona görə yox ki, istedadlı idi, çünki rejissorun onun uzun saçlarından xoşu gəlmişdi. O, əsl Hollivud ulduzu olmaq istəyirdi. Odur ki, hər həftə Beverli-Hillzdəki   müxtəlif kastinqlərə gəlirdi. İlk öncə ona teleseriallarda rollar təklif etdilər. Əsl rolu gözləyərkən hətta o, kompüter oyununun reklam çarxında çəkilməli olmuşdur.


Ardı →

Odri Hepbern

Audrey HepburnO, əsl mələk idi...

Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...

Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi…

Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.

Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər…
Ardı →

Cina Lollobridcida

Gina LollobrigidaTamaşaçı italyan kinosunu niyə sevir? Cavab: — Əlbəttə burada italyan temperamenti, xarakteri, ehtirası və əsl italyan sevgisi var...Ayrı-ayrı dövrlərdə italyan kinosunu həm yaraşıqlı kişi, həm gözəl, cazibədar qadın simalar bəzəyib. Bu simalar arasında, sözsüz, Cina Lollobridcidanın da ismi var...

Luidcina Lollobridcida 1927-ci ilin, 4 iyulunda paytaxt Romadan çox da uzaq olmayan Subiako şəhərciyində dünyaya gəlir. Cinanın atası adi fəhlə idi, ailə bir təhər başını girləyirdi. Qızcığazın uşaqlığı müharibə illərinə təsadüf edir. İkinci Dünya Müharibəsi, Mussolini… və əlbəttə ki, imkansızlıq, kasıbçılıq…

Bütün bunlar Cinada varlı olmaq istəyini formalaşdırır. O, varlı olmalı idi, çox varlı… Bu məqsədinə çatmaq üçün onun böyük silahı da vardı – gözəllik! Bəli, Cina çox gözəl idi...!
Gələcək aktrisanın ən böyük arzusu rəssam və ya heykəltəraş olmaq idi. O, karikaturalar çəkir və Roma küçələrində satırdı. Lakin nəzərə alsaq ki, Roma dünyanın gözəllik, incəsənət paytaxtlarındandır, o zaman əgər gözəlsənsə, gözəllikdən uzaq qaça bilməzsən. İncəsənət səni özünə çəkəcək, sovuracaq. İstəsən də, istəmnəsən də…
Ardı →