Hitlerdən Cobsa – Xarizma və onun elmi əsasları

Xarizmatiklər dünyanı idarə edir. Onlar sizi Tanrıya inandırmağa, sektalara qoşulmağınızı, pulunuzdan keçməyinizi, onlara səs verməyinizi təşviq etməyə qadirdir. 2000 ildir ki, xarizma tərifi və izahı olmayan fitri bir qabiliyyət, ilahi vergi kimi qəbul edilir – ya gərək Corc Kluni kimi təbəssümlə dünyaya gələsən, ya da orda-burda sürünüb, kütlələr qarşısında çıxış etməkdən sıxılıb-qızarasan. Doğrudanmı başqa çıxış yolu yoxdur? Elmi ictimaiyyət hər şeyin o qədər də ümidsiz olmadığını iddia edir. Onların fikrincə, xarizmanın nə olduğunu, sehrli gücünün necə işlədiyini, onun necə ölçülə biləcəyini və ən əsası, necə əldə edilə biləcəyini araşdırmaq, sorğulamaq mümkündür.

Davamı →

Özünüzdə xarizmanı necə inkişaf etdirə bilərsiniz?

Menecment üzrə mütəxəssis Piter Druker, liderin xarizması haqda çox da düşünməmişdi. Buna baxmayaraq, 1992-ci ildə çıxan “Gələcəyin menecmenti” kitabında o, iri bankların birində “Xarizmanı necə əldə etmək olar” adlı seminarından bəhs edir.
“Tarixdə XX əsrin Stalin, Hitler və Maonun daxil olduğu üçlükdən daha xarizmalı kimsə olmamışdı. Bu liderlər bəşəriyyətə o qədər əzab verdilər ki, – Druker hirslə deyir. – Ancaq effektiv rəhbərlik xarizmaya bağlı deyil. Duayt Eyzenhauer, Corc Marşall və Harri Trumen olduqca güclü liderlərdən biri olublar”.

Davamı →

Xarizmatik insanların 5 əlaməti

Həyatda bir sıra insanlar var ki, onlarda ətrafdakıları səbəbi olmadan cazibə, maqnit kimi çəkmə gücü olur və diqqət mərkəzində olmağı bacarırlar. Belə insanlar xarizmalı olurlar və hər zaman lider olmağı bacrırlar.

Bu cür xarizmaya sahib insanların həyatları da hər zaman digərləri ilə müqayisədə daha rahat və şən olur. Onlar istənilən problem və çətinliyi rahatlıqla çözməyi bacarırlar.

Xarizma – bu keyfiyyəti izah etmək bir az qeyri – mümkündür.Çünki, həm görünüş, həm danışıq, həm də hətta yeriş ilə də xarakterizə oluna bilər. Bu keyfiyyət deyirlər ki, doğumdan insan ilə gəlir. Lakin, psixoloqların araşdırmasına görə istənilən şəxs bu keyfiyyətləri özündə inkişaf etdirməklə xarizmatik şəxsə çevrilə bilər. Beləliklə, xarizmatik insanların əsas vərdiş və əlamətləri ilə sizi də tanış edirik.
Davamı →

Xarizma

Tarix ən nüfuzlu və uğurlu insanların özlərində qəsdən xarizmatik davranışlar tərbiyə etdiyini göstərir.

Son vaxtlara qədər menecment və biznes rəhbərlərinin yetişdirilməsi sahəsindəki ekspertlər xarizmanı gözlənilməz və dağıdıcı nəticələr verə biləcək təhlükəli silah kimi qəbul edirdilər. Bu heç də təəccüblü deyil, axı XX əsrin ən xarizmatik şəxsiyyətləri- Stalin, Hitler, Mussolini insanları idarə etmək bacarıqlarından heç də dinc məqsədlərlə istifadə etməmişlər. Lakin xarizma effektiv şəkildə idarə olunarsa, ondan ictimai həyatın bütün sahələrində — uşaqların tərbiyəsindən iş yerində yüksəlişə qədər güclü silah kimi istifadə etmək olar. Liderlik sahəsində tanınmış ekspert Olivia Foks Kabeynin “Xarizma haqqında miflər” əsəri də elə bundan bəhs edir. Kitab “Alphin Publisher” nəşriyyatında işıq üzü görmüşdür.

Əsərdə təsvir olunan əsas “mif” –xarizmanın yalnız seçilmiş insanların sahib olduğu fitri bir keyfiyyət kimi qəbul edilməsidir. Məsələn, cəlbedici görünüş və ünsiyyətçilik kimi. Əlbəttə, heç bir güc sərf etmədən bütün dünyanın öz ətraflarında fırlanmasına səbəb olan insanlar var. Lakin, tarix ən nüfuzlu və uğurlu insanların özlərində qəsdən xarizmatik davranışlar tərbiyə etdiyi göstərir.
Ardı →