Yumruğunuz xasiyyətinizi ələ verir

Sizə çox sadə və maraqlı psixoloji test təqdim edirik. Yumruğunuzu sıxın və onun formasını şəkildə tapın.

1. Bu insanlar çox təvəzökar, lakin istedadlı və ağıllıdırlar. Onlar yeni şeyləri öyrənməyi, oxumağı sevir, tez-tez ensiklopedik bilgilərə sahib olurlar. Təhsildə, elmdə böyük uğurlar qazanırlar. Çox enerjili, yeni ideyalarla dolu olurlar. Digər tərəfdən bu insanların bir çoxları qapalı olur və digər insanları özünə yaxın buraxmağı xoşlamırlar.
Davamı →

Xoşladığınız qidalara görə xasiyyətiniz

İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar. Onlardan biri də insanların yediyi yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müəyyən etməkdir.

Eqoistlər
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır.

Romantiklər
Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.  

Xəsislər 
Duzlu yeməyə meyllik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər. 

Səmimi insanlar
İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöhv və səmimi olurlar.

Temperamentli insanlar
Qaynar temperamentli acı yeməkləri sevənlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçşün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.
Ardı →

Qan qrupuna görə hansı xüsusiyyətlərə maliksizniz

Yaponiyada qan qrupuna görə, insanın xasiyyətini müəyyən etmək barədə yazılan kitablar rekord vurmağa başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə yazılan 4 kitab bir necə gündə 5 milyondan çox nüsxə ilə satılıb. Bu isə təsadüfi deyil. Çünki son vaxtlar demək olar ki, işə qəbul, dost seçimi, evlilik kimi bütün sahələrdə insanlar qan qrupuna önəm verməyə başlayıblar. Bəs hansı qrup hansı xüsusiyyətə malikdir:

AB: Sirli və göznəlinməz hərəkətlər edən

O: Hər şeylə maraqlanan, mərd və tərs

A: Hissiyatlı, mükəmməl və qayğıkeş

B: Sevincli, nikbin, maraqlı vərdişlərə sahib


Davamı →

Xasiyyət və xəstəliklər

İosif Stalin məşhur cərrah Botkinlə söhbət zamanı istehza ilə soruşurdu: «Siz əməliyyat zamanı insanın ruhunu görmüsünüzmü?». Mömin professor etiraz edirdi: «Mən orada  heç vicdanı da görmədim… ». Həkim-nevropatoloq, tibb elmləri namizədi Nikolay Ulitin hesab edir ki, bizim istəklərimiz, ehtiraslarımız və məşğuliyyətlərimiz fərdi xəstəlik tarixində öz izini buraxır.

Xəsislik. Xəsis insanlar çox zaman ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Hər bir əşyanın alınması güclü hisslər ilə müşayiət olunarkən, insan daimi stress vəziyyətində yaşayır. Nəticədə, xəsis insanın orqanizmində həyəcan hormonu yüksək səviyyədə saxlanılır ki, bu da damarların xroniki spazmına gətirib çıxarır.  İlk olaraq, daha həssas beyin damarları zədələnir ki, bu da, tez-tez baş verən miqrenlər və hətta insult ilə fəsadlaşa bilən bir haldır.

Qorxaqlıq.
Qorxuya reaksiya verən ilk orqan böyrəklərdir. Böyrəküstü vəzilər bu zaman toksiki maddələrə qədər parçalanan və böyrəklər vasitəsi ilə xaric olunacaq çoxlu miqdarda adrenalin və no- radrenalin ifraz edir.  Nəticədə, damarları daraldan və bununla da arterial təzyiqin artmasına səbəb olan renin hormonu aktivləşir.
Ardı →

İnsanın sifət quruluşuna görə xarakteri

Çinli alimlər insan xarakterlərini üz çizgilərinə görə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Çinli alimlər üz çizgilərinə görə xarakteri müəyyənləşdirərkən alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.

Alın insanların düşüncələrini inkişaf etdirmə üsulları haqqında məlumat verir. Geniş alına sahib olan insanlar güclü xəyal gücünə və yüksək intellektə malikdirlər. Dar alın insanların diqqətli, vaxtda önəm verən, riyazi bacarıqlarının yüksək olduğuna işarədir. Donqar alına sahib olanlar isə təşəbbüskar, yola gedən və paylaşımçı olaraq qəbul edilir.
Ardı →

Aylara görə xasiyyət

Yanvar


Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır.


Fevral


Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür, inadkardır. Xəyallarının ardından gedən, inanclara inanandır.


Ardı →

Səhər yuxudan qalxmaya görə xasiyyət

2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutmuşdu. Axşamdan saatı qururuq və ona ümidlə baxırıq, səhər isə onu parçalamaq istəyirik. Gecikməyə görə bütün günahı da onun üstünə yıxmaq da bizə çox xoş gəlir.Araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar:


Ardı →