Xeyir, yoxsa zərər?..

Şotlandiyalı Klark ailəsinin böyük bir xəyalı var idi. Ailə doqquz uşağı ilə birlikdə Amerikaya getmək və orada:) yeni bir həyat qurmaq istəyirdi. Hətta uzun illər işləmək bahasına başa gəlsə də, ailə başçıları Amerikaya 

getmək üçün lazım olan pulu yığmışdılar. Nəhayət, Klark ailəsi pasportlarını aldılar və Amerikaya gedən gəmidə yerlərini ayırdılar. Ancaq Amerikaya yola düşməyə 7 gün qalmış ailənin kiçik oğullarını it tutdu. Həkim gəlib uşağı müayinə etdikdən sonra quduz olmaq ehtimalına qarşı onu iki həftə karantin altına aldı. Artıq ailənin bütün xəyalları puç olmuşdu. İstəsələr də, istəməsələr də, heç biri Amerikaya gedə bilməyəcəkdi. Ancaq bu hadisədən bir neçə gün keçmiş bütün Şotlandiya bir xəbərlə sarsıldı. İlk Amerika səyahətini həyata keçirən nəhəng «Titanik» gəmisi batmış və üstəlik, yüzlərlə sərnişini ölmüşdü. Ancaq kiçik oğullarını it tutduğu üçün Klark ailəsi bu gəmiyə minə bilməmişdi.


Ardı →

100 gün ərzində həyatınızı dəyişdirəcək 60 addım

İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.
 EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün «evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim» yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq.

2. Mantra üzrə yaşayın: «Hər şeyin öz yeri var və hər şeyi yerinə qoymaq lazımdır». On gün ərzində növbəti 4 qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə — onu sonra yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa  - onu bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa (və ya düşürmüsüzsə) — onu (yerdən) qaldırın.
d. Əgər nəyisə əyninizdən çıxartmısızsa — onu yerinə asın.

3. Evin içində gəzişin, təmir olunması və ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək, oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və s.
Ardı →

Bağışlamaq ürəyə xeyirlidir

ABŞ-da aparılan araşdırma nəticəsində qəlbi qıran şəxsləri bağışlamağın ürəyə xeyri olduğu və sağlamlığa müsbət təsir göstərdiyi məlum olub.Bu araşdırmanı ABŞ-ın Kaliforniya ştatının San Dieqo Universiteti reallaşdırıb.Araşdırma 200 nəfər üzərində aparılıb. Tədqiqatçılar onlardan özlərini üzən hadisələri xatırlamalarını istəyib.
Ardı →