Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Davamı →

Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →

Altruizm

AltruizmAltruizm bir insanın fədakarcasına, bəzən də öz həyatını təhlükəyə atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan xeyirxahlıq etməsi hesab edilir. Sosial biologiyanın banisi Edvard Uilson (1929) hesab edir ki, insanlardakı altruizm balasını, yəni nəslini xilas etmək naminə öz həyatını riskə atan ana heyvanlarda rast gəlinən altruizmə bənzərdir.

Məsələn, əsgərlər öz ölkəsinin insanlarını xilas etmək üçün hər gün müxtəlif formalarda öz həyatını təhlükəyə ataraq qəhrəmanlıqlar göstərirlər. Digər tərəfdən, bu cür qəhrəmanlığın tənqidçiləri hesab edirlər ki, onlar öz mədəni və dini inanclarını, eləcə də öz şərəflərini qoruyurlar.

Altruizm nə deməkdir?
Onun iki əsas tərifi vardır. Bioloji altruizm dedikdə, hətta öz həyatın təhlükədə olsa belə, digər insanın həyatını xilas etməyə çalışmaqdır – məsələn, kimisə xilas etmək üçün gur çaya tullanmaq.

Psixoloji altruizm isə hər hansı bir şəkildə heç bir mükafat əldə etməyəcəyini bildiyin halda başqası üçün fədakarlıq etməkdir – məsələn, insanlarla dolu qatarda ayaq üstə dayanmağın rahat olmadığını bildiyiniz halda ayağa duraraq kiməsə yer vermək.


Ardı →

Xeyirxahlıq

      Günəş öz odlu arabasında göy üzündə səyahətə çıxmışdı. O, şən və vüqarlı idi, şüalarını səxavətlə hər tərəfə səpələyirdi. Ətrafdakılar da şən idilər. Təkcə bulud hirsli-hirsli günəşə baxaraq söylənirdi:

      — Çox bədxərcsən! Səpələ, səpələ işığını! Görək axıra nəyin qalacaq!

      Üzümlüklərdə isə hər bir üzüm giləsi günəşin şüasını udub sevinirdi. Elə bir ot, böcək, çiçək yox idi ki, günəşdən öz payını almasın.


Ardı →

Bəs sabah?

İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.

İndi Ramazan ovqatındasan. Çox səxavətli, mərhəmətli olmusan. Bəs sabah necə, kimsəsizlərə, səndən imdad umanlara qəlbində açdığın xeyirxahlıq qapısını bağlayacaqsanmı?


Davamı →