İki qardaş haqqında pritça

Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.
Davamı →

Keçini ölümdən qurtarmaq:)

ABŞ Prezidenti L.Conson məşhur cərrah Kristian Bernarddan soruşur: «Olubmu ki, həqiqətən kiminsə həyatını xilas etmisiniz?» Bu suala Kristian: «Bəli» — deyərək cavab vermiş və belə bir əhvalat danışmışdır:

«Mən, 20 il bundan əvvəl Keyptaundan 100 km aralıda yerləşən kiçik bir əyalət şəhərində həkim işləyirdim. Bir dəfə bir fermer qadın məni təcili qonşu fermaya çağırıb, ərinin ölümcül olduğunu bildirir. Xəstə doğrudan da ölümcül idi. Dərhal müalicəyə başladım. Bacardığımı edirdim. Qadına bildirdim ki, gecə xəstənin yanında qalmalıyam. Səhər saat üçə yaxın idi, amma xəstənin vəziyyəti heç yaxşılaşmırdı. Qadın qəhvə hazırladı və biz qəhvə içə-içə o soruşdu:
— Doktor, siz mənim ərimi xilas etmək üçün doğurdanmı əlinizdən nə gəlirdisə hamısını etdiniz?
— Bəli — deyə cavab verdim. Qadın dedi:
— Qulaq asin, doktor, madam ki, siz bütün bacardığınızı etmisiniz, nəticəsi isə yoxdur. Gəlsəniz ara həkimlərinin tətbiq etdikləri üsullardan istifadə edəsiniz. Bax, bizim kənddə ara həkimi var, o hər cür sinə soyuqdəyməsini keçi dərisi ilə müalicə edir. Belə ki, keçini kəsir, dərisini soyur və isti-isti xəstəni bükür. Xəstə dərhal sağalır.
Gəlin bir saat da gözləyək — dedim. Saat dörddə xəstənin qızdırması düşdü. Artıq xəstə sağalmağa doğru gedirdi. Səhər tezdən çantamı götürdüm və lütfkar ev sahibləri ilə xudafizləşdim. Evdən çıxanda gördüm həyətin böyründə bir keçi otlayır. Onun yanından keçəndə dedim – Keçi, səni ölümdən qurtardım. Cənab Prezident, bu — həyatda həqiqətən xilas etdiyim ilk canlıdır.

Davamı →