Gündə bir xiyar turşusu yemək faydalıdır

“Smithsonian” elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.

Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Davamı →

Xiyar turşusu

Tərkibi:
3-4 kq kiçik körpə xiyar
5-6 budaq kərəviz yarpağı
1 baş sarımsaq
1 ədəd limon
1 dəstə şüyüd
2-3 ədəd dəfnə yarpağı
1 Litr su
6 x.qaşığı duz
Hazırlanması:
* Təzə, sərt, eyni boydakı xiyarları yaxşıca yuyub təmizləyin.
* Təmiz bir iynəylə bir neçə yerindən deşin.
* Bankanın dibinə bir neçə budaq kərəviz yarpağı yerləşdirin və bunun üzərinə də iki incə limon dilimi qoyun.
* Xiyarları möhkəmcə yerləşdirin.
* Aralarına sarımsaq dişlərini, dəfnə yarpağını və kərəviz yarpağını sıxışdırın.
* İncə limon dilimlərini xaricdən görüləcək şəkildə qabın kənarlarına yerləşdirin.
* Yerləşdirmə əməliyyatı bitincə, 1 litr suya (qaynadılmış və süzülmüş olması lazımdır ) 6 x.qaşığı duzu töküb suyunu hazırlayın.
* Duz əridikdən sonra bankaya tökün.
* Əgər su xiyarların üzərini örtmədisə eyni şəkildə duzlu su hazırlayıb, xiyarların üstünü örtəcək qədər duzlu su qoyun.
* Xiyarların üzərini dəfnə yarpaqları və şüyüdlə örtüb qabın qapağını bağlayın.
* Otaq istiliyində 3-4 həftə suyuna nəzarət edərək  gözlədin.
* 3-4 həftə sonra turşunuz hazır hala gəlmiş olar.

Davamı →