7 günə necə xoşbəxt olmaq olar?

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. Elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolununu sizə təqdim edirik.
Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi.

Davamı →

Xoşbəxtlik, həyat tərzi və bir az da məntiq

Xoşbəxtlik deyən kimi hamının yadına “Bəxt üzüyü” filmində Moşunun qafiyə axtarmağı düşür. Əslində, o filmdə də məhz bu sözə qafiyə axtarılması təsadüfi deyil. Müəllif hamının xoşbəxtliyin rəmzini, qafiyəsini axtardığını göstərir. Xoşbəxtlik insanların özündə, onların arasındakı münasibətdə olduğu halda insanlar bundan xəbərsizdirlər və xoşbəxtliyə qafiyəni tapa bilmirlər, öz yaxınları, qonşuları ilə münasibəti pozaraq xoşbəxtliyi kənarda axtarırlar.

Davamı →

Xoşbəxt ailə həyatının sirrləri

1) Davamlı ünsiyyətdə olun
Təbii ki, həyat yoldaşınız heç də hər zaman sizin ürəyinizdən keçənləri müəyyən edə bilməz. Məsələn, niyə əsəbi olduğunuzu, nə etmək istədiyinizi, nəyə ehtiyacınız olduğunu açıqlamırsınızsa, həyat yoldaşınızın prosesləri təxmin etməsi heç də asan olmayacaq. Problerinizi, duyğularınızı, istəklərinizi dilə gətirməklə, kəsintisiz ünsiyyətdə olmaqla xoşbəxt evliliyə doğru ilk addımı atmış olarsınız.

Davamı →

10 dəqiqəyə özünü necə xoşbəxt etmək olar?

Bu proqramda cəmi altı sadə addım var. Lakin əgər siz adətən qəhvəyə ayırdığınız vaxtdan daha azını, gündə cəmi 10 dəqiqənizi ona həsr etsəniz, bu, sizə əhəmiyyətli dərəcədə xoşbəxtlik gətirə bilər.
Çox güman ki, sizin heç bir psixoloji pozuntunuz yoxdur. Hərçənd gündəlik stress əzib suyunuzu çıxarır və nəticədə sizi həyatdan məmnunluq hissindən məhrum edir.
Ola bilər ki, siz artıq bu barədə eşitmisiniz, lakin biz təkrarlayırıq. Sizə bu bataqlıqdan çıxmaq üçün kömək edəcək çoxlu müxtəlif strategiyalar var. «Müsbət psixologiya» adlanan elmi istiqamət 20 ildir ki mövcuddur və sizin əhvalınızın yaxşılaşması istiqamətində saysız texnika təklif edir. Lakin siz deyəcəksiniz ki, mənim bununla məşğul olmağa vaxtım yoxdur.

Davamı →

Xoşbəxtlik üçün

İnsanlar ən çox nəyə görə və nə zaman peşman olur? «Quora” saytı bunu araşdırıb. Belə ki, 50 yaşlı insanlar arasında aparılan araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:
  • Siqaret çəkməyin. „Siz indi məni görəydiniz kaş… imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!” — siqaret istifadəçilərdən biri belə deyir.Bəlkə, tərgidəsiniz?
  • Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

Davamı →

Kişiləri xoşbəxt edən 5 amil

İngilis müşahidəçilər kişilər nələr xoşbəxt edə biləcəyini tapmağa çalışıblar. İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, kişilər əsasən 37 yaşdan sonra xoşbəxt olurlar. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu yaşdakı kişilərin çoxu evləndikləri üçün xoşbəxt olduqlarını bildiriblər.

37 yaşa qədər kişilər əsasən macaralar axtarır, qadınlara, maşınlara, içkiyə və digər əyləncələrə meyl edirlər. Lakin bu yaşdan sonra kişilər ailə qurmağa, karyerada yüksəlişə, övlad sahibi olmağa daha çox can atırlar.

Aparılan araşdırmalardan məlum olub ki, 37 yaşlı kişləri əsasən 5 amil xoşbəxt edir:

Kişilərin 43 faizini ata olmaq, 35 faizini evlənmək daha çox xoşbəxt edir. Qəribədə olsa, 18 faiz kişini azərkeş olduğu komandanın qələbəsi, 14 faiz kişini isə milli komandanın qələbəsi xoşbəxt edir. Kişilərin 17 faizi isə yeni ev aldıqda özlərini xoşbəxt hiss edirlər.

Davamı →