Sağlam münasibətin əlamətləri

  • Sevgi
Xoşbəxt cütlük görəndə ətrafdakı insanlar ürəklərində həmin an deyirlər: “Necə də xoşbəxtdirlər”! Əslində hər bir münasibətdəki əlaqələr gözəl ola bilər. Bunun üçün sizinlə sağlam münasibət üçün gərəkli olan hiyləgərlikləri paylaşırıq.
1. Onunla güvəndə olduğuna əmin ola bilərsən və o sənə nə mənəvi, nə də ki, fiziki olaraq dəhşətli nəsə bir şey etməz. «Pis oğlanlar» yalnız kinoda yaxşıdır.
2. Sən yəqin bilirsən ki, onun sənə münasibəti necədir. Bir insan öz hərəkətləri və davranışları ilə sənə eyham vurur ki, səni sevir və sənə də çobanyastığıda cavab axtarmaq gərəyi qalmır ( sevir-sevmir).
Davamı →

Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər

  • Sevgi
Aranızda böyük məsafələr olsa belə sevdiyiniz insanın necə olduğunu duya bilirsiniz. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşürsünüz… Əgər partnyorunuzla aranızda güclü mənəvi bağlılıq varsa, o zaman sizi təbrik edirik, layiqli insanı tapmısınız. Ətrafınızdakıların əksəriyyətindən daha yaxşı həyat yaşayırsınız.
Bütün cütlüklərin arasında dərin mənəvi əlaqə olduğunu demək olmaz. Bu əvəzolunmaz bir hədiyyədir… Təəssüf ki, belə bir sevgiyə qovuşmaq milyonlarla insan üçün arzu olaraq qalır.

Davamı →

Xoşbəxtlik axtarışı

  • Esse
Bəşəriyyətin əsas siması olan insan daim axtarışdadır. O, gah müxtəlif obrazların fonunda «uzaq səyahətlərə çıxır», gah da axtarışlar arasında «itib-batır». Təbiətindəki «axtarmaq və tapmaq» xüsusiyyəti onu demək olar ki, hər zaman qalib cəngavərə çevirmək gücünə malikdir.

Axtarış obyektlərinə gəlincə isə — bu, özlüyündə «müxtəlif səpkili mövzular məcmusudur» — desəm, yanılmaram; elmi axtarış, söz dünyasına baş vuraraq həyata keçirilən ədəbi-bədii axtarış, xoşbəxtlik axtarışı və s.

Davamı →

Xoşbəxt olmaq üçün bizə nələr mane olur.

1.Hamının xoşuna gəlmək cəhdi      

Bu ən başlıca səhvdir. Hamının xoşuna gəlmək mümkün deyil. Bu, qətiyyən sizin nə dərəcədə yaxşı insan olmağınızdan asılı deyil. Ətrafdakı insanların hamısında təəssürat oyatmağa çalışaraq, siz öz vaxtınızı əbəs yerə sərf edirsiniz. Qarşınıza çıxan hər bir kəsə öz enerjinizi məsrəf etmək əvəzində, bu enerjini həqiqətən də lazımlı insanlar üçün ehtiyat saxlamaq daha yaxşı olardı. 


Ardı →

İnsanı xoşbəxt edən 5 faktor

Alimlər insanı xoşbəxt edə biləcək faktorlar üzərində çalışmaları davam etdirir. Alimlərin son araşdırmaları deməyə əsas verir ki, insanlar öz xoşbəxtliklərinə nəzarət edə və müəyyən hərəkətlər vasitəsi ilə xoşbəxt situsiyanı dəstəkləyə bilərlər. Əvvəllər isə alimlər hesab edirdi ki,  xoşbəxtlik digər insani keyfiyyətlər kimi insana genetik olaraq keçir və bu, insanın nəzarət edə bilməyəcəyi faktorlardan asılıdır.    
Kaliforniya Universitetinin psixologiya professoru Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən 5 faktorü ayırd ediblər.

Ardı →

Həyatın 40 vacib qaydası

1. Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.
2. Maraqlı üç lətifə öyrən.
3. Sevinclərini heç vaxt təxirə salma.
4. Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.
5. Hər gün 30 dəqiqə piyada gəz.
6. Hər yeməkdən əvvəl şükr et.


Ardı →

Sən xoşbəxtsən!

· Həyatın çətinliklərinə qatlana biləcək qədər İNANC,
· Gələcəyin daha yaxşı olacağına inanacaq qədər ÜMİD,
· Doğru bildiklərin üçün mücadilə edəcək qədər CƏSARƏT,
· İctimaiyyətə,ailənə,dininə faydalı ola biləcək qədər SAĞLAMLIQ,
· Ehtiyaclarını ödəyə biləcək ,zəkatını verə biləcək qədər PUL,
Ardı →

Xoşbəxt olmağın yeddi sirri

Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;

Ardı →