Xoşbəxt edin, xoşbəxt olun!

Bir dəfə əlli nəfər maraqlıı bir seminara qatılmışdılar. Məruzə zamanı məruzəçi qəflətən söhbəti saxlayıb hər kəsə bir şar verir və bildirir ki, hər kəs qələmlə öz adını şarın üzərində qeyd etsin. Hər kəs öz adını qeyd etdikdən sonra məruzəçi şarları yığıb bir otağa yerləşdirir. Daha sonra məruzəçi qeyd edir ki, hər kəs otağa daxil olub 5 dəqiqə ərzində öz adı qeyd olunmuş şarı tapsın.

 İştirakçılar bir-birini itələyərək, yıxaraq öz adı qeyd olunmuş şarı axtarırdılar. 5 dəqiqə bitdi amma nəticədə heç kim öz şarını tapa bilmədi.

 Bundan sonra məruzəçi bildirdi ki, hər kəs bir şar götürüb üzərində adı qeyd olunmuş şəxsə versin. Beləliklə, 1 dəqiqədən sonra hər kəs əlində adı qeyd olumuş şarı saxlayırdı.
Ardı →

Xoşbəxt olmağın 4 yolu

Sağlamlıq
Çoxlu miqdarda su için. Müəssisələrdə hazırlanan qidalardansa təbii qidalara üstünlük verin. Daha çox oyun oynayın. Ötən il ilə müqayisədə daha çox kitab oxuyun. Hər gün ən azı 10 dəqiqə sakit mühittə vaxt keçirin. 7-8 saat yatın. Gündəlik olaraq 10-30 dəqiqə gəzintiyə ayırın. Gəzinti zamanı gülümsəyin.

Şəxsiyyət
Həyatınızı başqalarının həyatı ilə müqayisə etməyin. Başqalarının həyatının nədən ibarət olduğunu bilə bilmərsiniz. Neqativlikdən uzaq durun. Əvəzinə enerjinizi pozitiv anlara sərf edin. Üzərinizə artıq yük yükləməyin. Sərhədlərinizi aşmayın. Dəyərli enerjinizi qeybətə sərf etməyin. Xəyal gücünüzü artırın. Paxıllıq zaman itkisidir.

Ehtiyacınız olan hər şeyə artıq sahibsiniz. Keçmiş problemləri unudun. Yaxınlarınıza etdikləri səhvləri xatırlatmayın. Bu sizin hazırki xoşbəxtliyinizi məhv edə bilər. Həyat nifrət etmək üçün çox qısadır. Ətrafdakılara nifrət bəsləməyin. Hirs və qəzəbdən azad olun. Sizin özünüzdən başqa heçkim xoşbəxtliyinizə görə məsuliyyət daşımır. Həyatın bir məktəb olduğunu və sizin öyrənmək üçün burada olduğunuzu dərk edin. Daha çox gülümsəyin. Hər mübahisədə qalib gəlməyə məcbur deyilsiniz.
Ardı →

1 saniyə

Bir saniyə. Həyatınızı yaxşılaşdırıb, xoşbəxt olmağınız üçün sizə məhz bu qədər vaxt lazımdır. İnanmırsınız? O zaman aşağıda sadalanan addımlardan heç olmasa, birini tətbiq edin, özünüz bunun şahidi olacaqsınız.

Gülümsəyin
Bu, xoşbəxt olmağın ən sadə yoludur. Bizim ölkəmizdə insanlar nədənsə bu haqda bilmirlər və ya bilmək istəmirlər. Çünki əksəriyyət qəmgin və fikirli simada gəzir. Özünüzə bu qəmgin obrazdan çıxmağa kömək edin. Bir dəfə gülmsəməklə hal-hazırda belə özünüzü yaxşı hiss edə bilərsiniz. Həm də unutmayın ki, gülümsəmək yoluxucudur.

Dərindən nəfəs alın
Dərindən nəfəs almaq stresdən azad olmağın və normal həyata qayıtmanızın ən yaxşı metodudur. Bunun üçün sizə sadəcə bir dəqiqə lazımdır. Hər gün qısa fasilə edərək çalışın diqqətinizi nəfəsinizdə cəmləşdirin. Siz hiss edəcəksiniz ki, həyatınız gərginlikdən azad olur.

Telefonu söndürün
Biz tamamilə telefondan, kompüterdən, planşetdən, televizordan və başqa texnikalardan asılı olan insanların arasındayıq. Burada iki hal ola bilər; siz texnikadan hansısa məqsəd üçün istifadə edirsiniz, ya da texnika sizin həyatınızı idarə etməyə başlayır. Bütün texnikanı söndürün və təklikdə özünüzlə qalın. Nəticə sizi təəccübləndirəcək.
Ardı →

Gülərüz olmanın faydaları

Gülərüzlü olmaq gülümsəyən bir üzlə yaşamaq deməkdir. Bu insanın özünü, səsini gözəlləşdirər, cəmiyyəti rahatlaşdırar. Gülərüzlü insan hər kəsə simpatik gələr. Çevrəsində özünə qarşı maraq oyadar. Ümumiyyətlə, gülərüz insan getdiyi hər yerdə maraq qazanır və hər kəs onunla ünsiyyətdə olmaq istəyir.

“Gülərsən, hər kəs səninlə gülər, ağlarsan yalnız qalarsan” deyimi buna misaldır. Bu həqiqətən belədir.

Şərqdə gülərüz olmaq sanki bir məcburiyyətdir. Qarşınıza çıxan hər kəsi gülərüz görərsiniz. Taylandın adı “azadlıq ölkəsi” mənasını verir. Əvvəlki adı Siyam isə “gülərüzlü insanlar ölkəsi” deməkdir. Siyamlılar əsəbləşdiklərində, qorxduqlarında, sevdiklərində, utandıqlarında və hər cür ruhi hallarında həmişə gülərüzlə baxarlar. Bu halda onların necə bir ruh halında olduqlarını bilməyimiz imkansızdır. Yaxşı düşünsək bu halın hamımız üçün keçərli olduğunu görərik. Gülərüzlə ciddiyyət daha asan meydana gəlir. Ciddi üzlə dolaşan insanlara qarşı heç kim doğmalıq duymaz və kimsə ona yaxın ola bilməz.

İnsanlarla edilən üz-üzə, göz-gözə ünsiyyətdə gülərüz olmaq bizə böyük avantaj təmin edər. Üzümüzə qapılar açılar, ələ aldığımız işlər asanlaşar. Lakin gülərkən ön dişləri gözəl olmayan insanlar üçün gülmək bir əzab və işgəncədir. Əlləriylə ağızlarını tutduqlarını görərsiniz. Günümüzdə diş həkimləri bunu çox asan düzəldir və dişlər düzəldikdən sonra gülmək o insan üçün zövq halına gəlir. Bu iş bütün imkanları sinamaqla görünməlidir.


Ardı →

Özünə Söz Ver

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. 

Özünə söz ver ki,

— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,


Ardı →

Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”


Ardı →

Müsbət düşün, rahat ol

Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün  xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir. 

İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir.


Ardı →

Uzun və xoşbəxt evliliklərin sirri

Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirri nədir? Onlar evlilik deyilən bu izdivacı necə davam etdirirlər? 

1. Eyni vaxtlarda sinirli olmayın: Bütün cütlüklər arasında mübahisələrin, anlaşılmazlıqların olması təbii haldır. Amma hər iki tərəf eyni vaxtda əsəbi olmamalıdır. Həyat yoldaşınız əsəbi olanda, siz sakit davaranmağa çalışın. Sonrakı peşmançılıq fayda verməz məsəlini yada salın və ağzınızdan çıxan hər sözə diqqət edin. Haqlı olsanız belə, sakitləşməsini və uyğun zamanı gözləyin. Belədə istəkdiklərinizi etdirmək şansınız daha da artacaq. Şirin dilin ilanı da yuvasından çıxardığını unutmayın. 

2. Bir-birinizə qışqırmayın: Mübahisədə qarşı tərəf səsinin tonunu qladırıbsa, siz sakit olmağa çalışın. Qışqırıb-bağırmaqla heçə nəyi düzəltmək olmur. Məsələnin daha çox qəlizləşməsindən başqa heç nəyə yaramaz. İki tərəf də eyni anda bir-birinə bağırıb-çığırsa sadacə səs-küy yarana bilər. Səsinizi heç bir halda qarşı tərəfə yüksəltməyin. Sevgidən əvvəl aranızdakı sayğını qoruyaraq uzun illər səadət içində yaşa bilərsiniz. 
Ardı →

Xoşbəxtliyin 8 sadə formulu

xoşbəxtlikFərqli millətlərdən olan alimlərin apardığı 13 araşdırma nəticəsində xoşbəxtliyin 8 sadə formulu tapılıb. «Psychological Bulletin» jurnalında çap olunan araşdırmada tədqiqatçılar “xoşbəxtliyin resepti”ini yazıblar.

Gecə 6 saatdan çox yatın
Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.

Hədəfləriniz olsun
Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata məna qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.


Ardı →

Əsl sevgi

Bütün insanların ortaq bir arzusu var:  xoşbəxt olmaq.  Hər kəS xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin sirri isə əsl sevgidə gizlənmişdir. Həyatdan almaq istədiyimiz çox şey olsa da, əslində bizi xoşbəxt edəcək tək şeyin əsl sevgi olduğunu bilirik. Bu gözəl duyğunu yaşamaq istəsək də, bir çoxumuz buna heç vaxt nail ola bilmir. Çünki əsl sevgi bizi Yaradan Allah çox sevildikdə yaşana bilər. Qəlbində zərrə qədər Allah sevgisi olmayan bir insan nə qədər cəhd etsə də, məqsədinə çatmaz. Əsl sevginin ləzzətini duya bilməz. Əsl sevgi Allah sevgisidir. Bir qadına, körpə uşağa, gülə-çiçəyə, ümumiyyətlə gözəl varlıqlara yönəldilən sevgi təməlində Allah sevgisi yoxdursa, heç nə ifadə etmir.

 Allah'a səmimi inanan insanın qəlbində Allah sevgisi olur. Bu sevgi tərtəmizdir, məsumdur. Səbirlidir, güclüdür, səbəblərə görə dəyişmir, azalmır, zəifləmir. Getdikcə artır...

Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allah'dır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. İnsanın bütün hüceyrələri Allah sevgisinə görə yaradılıb. Buna görə Allah aşiqlərinin üzündə onları başqalarından fərqləndirən nur olur.  Baxışları donuq, cansız, təbəssümləri belə süni görünən, ruh kimi gəzən insanlar isə həqiqətən Allah sevgisini yaşamayan bədbəxt insanlardır.  


Ardı →