Heyvanları döyüşdürmək doğrudurmu?


Xoruz və öküz döyüşləri, dəvə güləşi bu gün də müxtəlif ölkələrdə müşahidə olunmaqdadır. Azərbaycanda da xoruz döyüşü bir vaxtlar çox geniş yayılmışdı. Bəri başdan deyək ki, bu cür işlər bəyənilmir. Çünki dinimiz təkcə insana deyil, heyvanlara, bitkilərə də əziyyət verməyi qadağan edir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən birində: «Mərhəmət etməyənə mərhəmət olunmaz», — buyurur. Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən birinin cəhənnəmə gedəcəyini bildirir. Yəni Allah ətrafımızdakı heyvanları müəyyən bir vəzifə üçün yaratmışdır. Mələsən, toyuq insanlar üçün qidadır. Bu quşları döyüşdürmək, al qana boyanmasına, şikəst qalmasına səbəb olmaq insafsızlıqdır. Təbii ki, bu cür əməllər nə vicdanlı insanlara, nə də Allaha xoş gedər.
Ardı →