Qərb və Şərq arasında ixtilaflar və xristian kilsəsinin parçalanması

858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra  vəzifəsindən getmişdi. Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər.

Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə (İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin, onlar Roma papazına müraciət edərək, 861-cı ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma papazı Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq, və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papaz Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni bizans patriarxlarının  hakmiyyətindən almaq üçün atmışdı. Əslində isə, xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papazları, həm də Konstantinopolis patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.
Ardı →