Hindistanda mövcud olan dinlər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir.
Xristian rahibliyinin vətəni Misir hesab olunur. Rahibliyin yaradıcısı Böyük Antonius (251-356) olmuşdur. Onun həyatı haqqında İsgəndəriyyəli Atanasios məlumat vermişdir. Antonius Misirdə, xristian ailəsində anadan olmuşdu. İyirmi yaşında olarkən, onun valideynləri vəfat etmişdirlər. Bu itkidən kədərlənən Antonius kilsədə olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək” çağırışını eşitmişdi. Bu çağırışa səs verən Antonius öz əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur. Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb, səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə qapılaraq, 26 il ərzində, yalnız dostları tərəfindən gətirilən quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.