Ümumdünya Kilsə Məclisləri

V. Surikov. Birinci Umumdunya  Kilsə MəclisiBütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantinus tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir.
Ardı →

İkonaların əleyhdarlarına qarşı mübarizə

O dövrdə daha bir məsələ bütün xristian dünyasının diqqət mərkəzində idi. Bu ikonalara (yunanca “eikon”) münasibət məsələsi idi. Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi və onlara edilən ehtiram və sayqı kütləvi hal almışdı. Bu sayqı bir çox hallarda onlara sitayişə çevrilirdi.

Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Kesariyalı Yevseviy də olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı. Bundan sonra ikonalara qarşı çıxış edənlərin sayı artmışdı.


Ardı →

Xristoloji mübahisələr

Xristoloji mübahisələrin başlanması 
IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Lakin dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır.

Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır. 


Ardı →

Rəsmi xristian təliminin yaranması

Kappadokiyalı kilsə ataları

IV əsrdə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları  arasında gedən çəkişmələr zamanı Roma imperiatorları müxtəlif dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər. Lakin sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir ma hiyyətə malik olması  doktrinası tərəfdar ları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar.

Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi,sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Kesariyalı Basilios, Nazianzlı Qreqorios və Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər. Qərbdə isə bu iş Mediolanlı Ambrosius, Stridonlu Hiyeronimus, Avqustinus və Böyük Qreqorios tərəfindən aparılmışdır. Bu dövrün patristikasına neoplatonizm ideyaları çox böyük təsir göstrəmişdir.
Ardı →

Xristian ehkamlarının formalaşması dövrü və daxili çəkişmələr

İmperator KonstantinusIV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi. 

Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.
Ardı →

Latın apologetikası

Roma imperiyasının qərbində də xristian mütəfəkkirləri fəaliyyət göstərmişdirlər. Onlar öz əsərlərini latın dilində yazırdılar.

Minusius Feliks (Minucius Feliks) 
Latın apologetlərindən olan Minusius Feliks II əsrin sonu — III əsrin əvvəllərində yaşamışdır. O, ya İtaliyada, ya da Afrikada anadan olmuşdur, sonra isə Romada yaşamışdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius) dialoqu bizim zəmanəmizə çatmışdır. Üslub nöqteyi-nəzərindən bu əsər Sisseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II əsrdə Xristianlıqla bütpərəstliyin arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy Feliksin iştirakı ilə gedir.
Ardı →

Qnostisizmlə mübarizə

II-III əsrlərdə xristian mütəfəkkirləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.

Qnostik təlimlərə qarşı çıxış edən mütəfəkkirlərdən biri imperator Markus Aureliusun dövründə Lion şəhərinin yepiskopu olmuş İrineus (Irenaeus) olub. «Contra haereses» (Yereslərə qarşı) risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
Ardı →

Yunandilli apologetika

İlk apologetlərin fəaliyyəti II əsrin ortalarına təsadüf edilir. O dövrdə Aristid (Aristides)və Kodrat öz apologiyalarını (Apologiya – xristian ehkamlarının tərifi üçün yazılmış əsərlərə deyilir. Eyni zamanda, apologiyalarda Xristianlığa qarşı tənqidlərə də cavab verilir.) yazmışdırlar. Aristidin «Apologiyasının» bəzi fraqmentləri bizim zəmanəmizə qədər çatmışdır. Bu mətnləri Aristid imperator Antoninus Pius (86-161) ünvanlamış və orada monoteizmdən, imanın əql üzərində üstünlüklərindən, dünya nizamının Tanrı tərəfindən qurulmasından və bəzi başqa mövzular haqqında söhbət açmışdır. Aristid bu məsələlərə münasibətdə Xristianlığın antik bütpərəstliyindən daha üstün olduğunu sübut etməyə çalışırdı. Gələcəkdə bu kimi fikirləri digər apologetlər təkrarlaşmış və inkişaf etdirmişdir.
Ardı →

İsgəndəriyyəli Filonun fəlsəfəsi

Ptolemeylərin hakimiyyəti altında olan Misir ellinizm dövründə ən inkişaf etmiş ölkələrindən biri idi. O, eyni zamanda qədim dünyanın mədəniyyət mərkəzlərindən biri idi. Məhşur kitabxanası olan İsgəndəriyyə şəhərində müxtəlif ölkələrdən gəlmiş tanınmış alimlər çalışırdı. Ptolemeuslar həm də müxtəlif dinlərin və dini ənənələrin bir-biri ilə yaxınlaşması, onların ziddiyyətlərini ortalıqdan qaldırılma siya-sətini aparırdılar. Bunun nəticəsində dini-fəlsəfi sinkretizm meylləri güclənmişdi.
Bu prosesə İsgəndəriyyədə yaşayan çoxsaylı yəhudi icması da cəlb edilmişdi.

Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danışırdılar və yunan mədəniyyətinin bir çox elementlərini mənimsəmişdirlər. Lakin, eyni zamanda, yunanlar və İsgəndəriyyədə yaşayan başqa xalqlar da yəhudilər vasitəsilə Yaxın Şərq mədəniyyəti ilə yaxından tanış olmuşdurlar.


Ardı →

Antik fəlsəfənin və müxtəlif dini ənənələrin Xristian dünyagörüşünün formalaşmasına təsiri

Xristianlıqdan öncə Romanın aristokratik dairələrində müxtəlif fəlsəfi təlimlər geniş yayılmışdı. Buna görə də savadlı romalılar qədim filosofların fikirlərini xristianlıqda tapmaq istəyində idilər. 

  Xristian apologeti Yustinusun fikrincə, «dünyanın yaranması və nizamlanması haqqında danışanda biz (yəni xristianlar) Platonu, onun yanıb məhv olması haqqında danışanda isə stoikləri təkrarlayırıq…» .Bir-biri ilə rəqabətdə olan xristian və bütpərəst dünya-görüşləri arasında müəyyən qar-şılıqlı fikirlər mübadiləsi prosesi-nin getməsi labüd idi. Lakin qeyd etmək lazımdır ki, antik və xristian ideyalarının biri digəri tərəfindən qarşılıqlı mənimsənil-məsi prosesi heç də hamı tərə-findən birmənalı qarşılanmırdı, bunun əleyhdarları da az deyildi.
Ardı →