Xurma sirkəsi necə hazırlanır və faydası nədir?
Xurma sirkəsi necə istifadə edilir?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Xurma sirkəsi necə istifadə edilir?
Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? Bəs hansı halda bu meyvədən imtina etmək daha yaxşıdır.
Xurma bir çox faydalı maddələrə, xüsusən də A, B və C vitaminlərinə sahibdir. Bunlar payızda xüsusilə qiymətli olan vitaminlərdir, immunitet sistemini, sinir sistemini dəstəkləyir və bədənin müxtəlif infeksiyalardan qorunmasına kömək edir. Bu meyvədən həftədə azı iki-üç dəfə təzə halda yemək tövsiyə olunur.
Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.