Menopauza tarixdə qalacaq

Mütəxəssislərə görə doğuşla nəticələnən uğurlu yumurtalıq nəqlləri ilə qadınların yaşdan asılı olmayaraq ana ola bilinməsinin mümkünlüyü əldə olunub.Yumurtalıqdan alınan parçaların dondurulub yenidən nəql olunması ilə qadınlarda menapauza illərcə ertələnə bilər.
Ardı →

Uşaqlıq boynu xərçəngi

Uşaqlıq boynu xərçəngi bütün müasir qadınların qorxusudur. Uşaqlı boynu xərçəngi bədxassəli şişlərdən olub, qadınların onkoloji xəstəlikləri arasında dördüncü yerdə durur (mədə, dəri və süd vəzi xəstəliklərindən sonra).


Uşaqlıq boynu xərçəngini yaradan hüceyrələr həmin nahiyəni əhatə edən normal hüceyrələrdən inkişaf edir. Hər il 600000 qadına bu xəstəliyin diaqnozu qoyulur. Adətən, uşaqlıq boynu xərçəngi 40-60 yaşarası qadınlarda rast gəlinir, lakin təəssüf ki, son zamanlar xəstəlik xeyli «cavan»laşıb.


Ardı →

Ağciyər xərçəngi

Ağciyər xərçəngi 40 yaşdan sonra kişi və qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xərçəngi yaradan səbəblərdən ilk olaraq siqaret, radiasiya, zərərli peşələri (nikel, asbest və arsen preparatları ilə əlaqədə olan) göstərmək olar. İlk əlamətlərindən biri öskürək olub, bəzən qanla birgə aşkarlanır. Döş qəfəsində ağrılar və tez-tez baş verən soyuqlama halları xərçəngin ilk əlamətləri ola bilər.


Diaqnostikada əsas üsullardan biri bəlğəmin sitoloji müayinəsi, bronxoskopiya vasitəsilə şişdən biopsiyanın götürülməsi, ağciyərlərin rentgeni və KT-dir. Metastazlar adətən, yaxın yerləşən limfa düyünlərinə olur. Gecikmiş mərhələlərdə isə metastaz daha uzaqda yerləşən orqan və toxumalara, körpücükaltı limfa düyünlərinə, sümük, qaraciyər, baş beynə yayılmış olur. Müalicə isə mərhələdən və xərçəngin növündən asılıdır. Erkən mərhələlərdə cərrahi əməliyyat göstərişdir. Əgər prosesin yayılması nəticəsində cərrahi əməliyyat aparıla bilmirsə o zaman radioterapiya və ya kimya terapiyası aparılır.


Ardı →

Şəkərli diabet və xərçəngin əlaqəsi tapıldı

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların xərçəngin müəyyən növlərinə yoluxma riski daha yüksəkdir. Araşdırmaçılar belə qənaətə gəlib. 400000 insan arasında aparılan sorğudan sonra bəlli olub ki, hər 100 diabet xəstəsi kişidən 16-ı, hər 100 qadından isə 17-si xərçəngdən əziyyət çəkir. «Reuters»in məlumatına görə, diabetdən əziyyət çəkməyən insanlar arasında bu rəqəm 7-10 arasında dəyişir.
Atlanta xəstəliklərə nəzarət mərkəzinin epidemeoloqu Çaoyan Linin sözlərinə görə, şəkər xəstəliyi olan qadınlar və kişilərdə xərçəngin müxtəlif növlərinə rast gəlinə bilər. Belə ki, kişilərdə daha çox bağırsaq, mədəaltı vəz, sidik kisəsi, prostat, qadınlarda isə süd vəzi, uşaqlıq, qan xərçəngi ola bilər.

Con Hopkins universitetinin professoru Fred Brankati də bənzər tədqiqat apardığını bildirib. Onun tədqiqatının nəticəsi isə belə olub — şəkərli diabetdən əziyyət çəkənlərin xərçəng xəstəliyi nəticəsində ölüm riski diabet olmayanlarla müqayisədə 40 faiz çoxdur.
Davamı →