Piylənmənin ən çox bilinən 7 səbəbi

Piylənmə dünya üzrə milyonlarca insana təsir edən ciddi bir sağlamlıq problemidir. Bu kompleks vəziyyət yalnız fiziki sağlamlığa deyil, həm də psixoloji və sosial aspektlərə də təsir edir. Bu yazıda, piylənmiş olmağın ən çox bilinən yeddi səbəbini ətraflı şəkildə araşdıracağıq. Bu səbəbləri anlamaq və onlara qarşı effektiv strategiyalar tətbiq etmək sağlam bir həyat tərzi qurmağa kömək edə bilər. Biz hər bir səbəbi detallı şəkildə nəzərdən keçirəcəyik və onların üzərində necə işləmək olar, bunu müzakirə edəcəyik.


Davamı →

Şizofreniyanın müalicəsi mümkündürmü?

Şizofreniya dünyada milyonlarla insana təsir edən ciddi bir ruhi xəstəlikdir. Bu xəstəlik insanın düşüncə, hiss, davranış və qavrayış qabiliyyətinə mənfi təsir edir. Şizofreniya xəstələri hallusinasiyalar, qarışıq düşüncələr, sosial geri çəkilmə kimi bir çox simptomlarla mübarizə aparırlar. Bu xəstəliyin təsiri yalnız xəstənin özü ilə məhdudlaşmır, ailə üzvləri və dostları da bu prosesdə mühüm rol oynayır. Şizofreniya, tez-tez gənclik dövründə ortaya çıxır və xəstənin təhsil, iş və sosial münasibətlərinə mənfi təsir edə bilər. Bu yazıda şizofreniyanın müalicəsi, simptomlarının idarə edilməsi və xəstələrin daha yaxşı bir həyat yaşamaları üçün lazım olan dəstək sistemləri haqqında ətraflı məlumat veriləcək.


Davamı →

Spina Bifida nədir?

Spina bifida onurğa patalogiyası deməkdir. Bu zaman bel sütunundakı sümük qövsləri tam olaraq örtülmür. Başqa sözlə desək, onurğa açıq vəziyyətdə bədən səthində formalaşır. Anadangəlmə xəstəliklər arasında ən çox rast gəlinən növlərdəndir. Ən yüngül dərəcədən başlayaraq ən ağır dərəcələrinə qədər təsadüf edilir.

Bu xəstəliyin yaranması ilə bağlı bir çox fikirlər irəli sürülür. Əsas səbəb kimi hamiləlik dövründə anada və uşaqda fol asit turşusunun əskikliyi göstərilir. Bundan başqa hamiləlik dövründən ananın yüksək tempraturlu istiliyə məruz qalması və şəkərli diabetdən əziyyət çəkməsi də qeyd olunur. Yüksək tempraturlu istilik dedikdə, ananın hər hansı xəstəliyi yüksək qızdırmanın müşayəti ilə keçirməsi və ya həddən artıq günəş şüaları altında qalması nəzərdə tutulur.


Davamı →

Cinsi əlaqənin bilinməyən tərəfləri

Cinsi əlaqələr haqqında bilinməyən bir çox fərqli faktorlar var. Bunların ən başında qadınların cinsi əlaqədə orqazm olmadan təqlid etdikləri bir həqiqətidir. Sırf partnyorunu cinsi əlaqədə xoşbəxt edə bilmək üçün orgazm olmuş təqlidi edən qadınların nisbəti 10 adamdan 6 olaraq təyin olunmuşdur.
Bununla yanaşı cinsi yol ilə keçən QİÇS xəstəliyinə qadınların kişilərdən daha az yoluxduğu bilinməyən bir gerçəkdir. Xüsusilə qadınların yaz-yay aylarında cinsi əlaqə üçün daha rahat və istəkli olduqları da bilinən bir gerçəkdir. Yaz aylarında qanın daha hərəkətli olması qadınların cinsi əlaqəyə görüşlərini və istəklərini dəyişir.

Davamı →

Müasir sivilizasiyanın qadın xəstəliyi - Mastopatiya

Mastopatiya və ya fibrokistik xəstəlik əhalinin qadın yarısı arasında yayılmış bir xəstəlikdir. Bu xəstəliyin inkişafı təkcə qadının sağlamlığını təhlükə altında qoymur, həm də psixoloji amillərə səbəb olur.
Döşdə olan fibrokistik dəyişikliklərə döşdə həssaslıq və ya narahatlıq hissi, qəfil hiss edilən xoşxassəli döş kütlələrinin yaranması da daxil olmaqla geniş spektrli simptomlar daxildir.
Döşdəki dəyişikliklərin xərçənglə əlaqəli olmadığın müəyyən edilərsə, müalicəyə ehtiyac yoxdur.
Mastopatiya süd vəzinin xoşxassəli xəstəliyidir. Döşdəki fibrokistik dəyişikliklər, əsasən premenopozal qadınlara xəstəlikdir.

Davamı →

Ürək döyüntüsünü nə vaxt yoxlamaq lazımdır?

Ürək çarpıntıları digər mənfi əlamətlərlə müşayiət olunduqda, həkimə müraciət etməli və müayinə olunmaq vacibdir.
Dəqiqədə 100-110 yuxarı ürək dərəcəsi ciddi və ya zərərli bir şeyə işarə etmir. Bu ürək döyüntüsü stress və ya kofein və ya nikotin kimi maddələrdən yarana bilər və öz-özünə keçə bilər.
Kardioloq Anna Panovanın sözlərinə görə, bəzən sürətli bir ürək döyüntüsü aritmiyanın əlaməti ola bilər, bu, ürəyin elektrik sistemində uğursuzluğu nəzərdə tutan bir pozğunluqdur. Aritmiyası olan insanlarda tez-tez əlavə elektrik impulsları olur.

Davamı →

Çiçək xəstəliyi nədir, necə yayılır?

Tarixdə dünyada epidemiyalara səbəb olan bir çox xəstəlik var. Lakin tətbiq edilən peyvəndlər sayəsində onların əksəriyyətinin yalnız adları yadda qalıb. Onlardan biri də çiçək xəstəliyidir.
Çiçək xəstəliyi hər yaşda olan insana təsir edə bilən bir xəstəlikdir, lakin daha çox uşaqlarda rast gəlinir. Xəstəlik dəridə ciddi yaralara səbəb olur. Qulaq, burun və ağızda belə əmələ gələn bu yaralar xəstənin həyat keyfiyyətinə çox ciddi şəkildə təsir edir.

Davamı →

Qarşısı alınmış yoluxucu xəstəliklər

Hal-hazırda alimlər hər gün bütün dünya üzrə çox sayda insanın həyatını alan koronavirusun müalicəsinin axtarışındadırlar.
Bu çətin dövrdə çoxları koronavirusun ilk epidemiya olmadığını və bəşəriyyətin əvvəllər də müalicə olunmayan xəstəliklərlə mübarizə apardığını xatırlayır. İnsanların indiyədək məğlub etdiyi yoluxucu xəstəliklər haqqında danışacağıq.

Davamı →

Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir

Pnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar — siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir.
Davamı →

Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.
1.Qızılca
Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.
Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.
Davamı →