Yüksək təzyiqlə bağlı faydalı qidalar

Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki,  Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər.

Davamı →

Hamiləlikdə təzyiq

Hamiləlik bir qadının ən qarışıq dönəmlərindən biridir. Bu dönəmdə gözəl təcrübələrlə yanaşı bir neçə sağlamlıq problemləri də özünü göstərir. Bunlardan biri təzyiqin düşüb-qalxmasıdır.

Hamiləlikdə aşağı təzyiq təhlükəlidir?
Hamiləlikdə təzyiqin düşməsi tez-tez müşahidə olunan haldır. Bir çox ana hamiləliyin ilk 3 ayında təzyiqinin aşağı olmasından şikayət edir. Ümumi olaraq hər hansısa bir problemə səbəb olmayan aşağı təzyiq, ağır vəziyyətlərdə pis nəticələr doğura bilər.
Davamı →

Yüksək təzyiqin qarşısını alan şirə

Yüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir. Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.

Bəzən bunun üçün qidalanmada müəyyən dəyişikliklər etmək, pəhrizə bəzi təzyiqi normallaşdıran qida və ya içkiləri daxil etmək kifayətdir.

Belə ki, Çikaqo Universiteti (ABŞ) alimləri sübut edir ki, kərəviz şirəsinin gündəlik istehlakı təzyiqi tənzimləməyə, hipertoniyanın riskini azaltmağa kömək edir.

Davamı →

Aşağı təzyiqi necə tez qaldırmaq olar?

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır. Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:
— Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.
— Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.
Davamı →

Təzyiqi aşağı salan 10 bitki

Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı praktik olaraq 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmamazlığı, korluq kimi ağır pozulmalara səbəb olur.

Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir. Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar. Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:
Davamı →

Yüksək təzyiqin dərmanı- Kişmiş

Həyat tərzini yaxşı istiqamətə dəyişməklə təzyiqə nəzarət etmək olar. Bu istiqamətdə zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyi artırmaq  olduqca vacibdir.

Az piyli qidalardan istifadə etmək, kişmiş, quru meyvələrlə sağlam qidalanmaq məsləhətdir. Gündəlik qida rasionunda isə xeyirli olan meyvə və tərəvəzlərdən istifadə çox gərəklidir. Kaliumlu qidalara üstünlük verilməsi və kök adamlarda çəkinin azaldılması  bu istiqamətdə vacib məsələlərdən hesab olunur.

Məlumata görə ABŞ-dakı Luisvill metabolizm və aterosklerozu öyrənmə mərkəzində fəaliyyət göstərən tədqiqatçılar belə hesab edirlər ki, kişmiş yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Tədqiqatçı komandanın təzyiqi yüksək olan insanlar üzərində eksperiment apardığı bildirilir. Tədqiqatda iştirakçıları təsadüfi seçimlə iki qrupa ayırıblar. Hər iki qrupun üzvləri üç ay müxtəlif qəlyanaltılar, o cümlədən meyvə, tərəvəz, kişmiş və digər buna bənzər hazır məhsullardan istifadə ediblər. Bütün qəlyanaltıların kalorisi eyni olub.
Ardı →