“Yüz ilin tənhalığı” romanının sirri

Juan Carlos Pérez Salazar BBC Mundo-nun saytında əfsanəvi yazıçının əfsanəvi kitabı ilə bağlı əfsanələrdən yazıb. Gabriyel Garcia Marquez-in pərəstişkarları yəqin ki, onun həyatında belə bir epizodun olduğunu bilirlər:

Yazıçı 1966-cı ilin sentyabrında “Yüz ilin tənhalığı” (Cien Años de Soledad) romanı üzərində 18 aylıq işdən sonra özünün Mexiko şəhərindəki evindən yaxınlıqdakı poçtxanaya yollanıb ki, əsərin 500 səhifəsini Buenos Ayresə göndərsin. Poçt idarəsində bəlli olub ki, onun və arvadı Mersedesin kitabın yalnız yarısını göndərmək üçün pulları var.
Davamı →