Dağ yəhudiləri niyə təhlükəli hesab olunur?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
1818-ci ildə alman şəhəri olan Tririn Bryukkerhas küçəsində yaşayan vəkil Henrix Marksın ailəsində sevinc yaşanırdı. Səbəb onun üçüncü övladının dünyaya gəlməsiydi. Körpəni Mozes Mordeham Levi adlandırdılar. Bu uşaq sonradan sadəcə Karl Marks adı ilə məşhurlaşdı.
Əksəriyyətimiz yaşadığı sovet dönəminin təsiri ilə Lenini birmənalı qaydada tanıyırdıq, hətta tanımağa məhkum idik də. Marks və Engelsə gəldikdə isə əsas fərqləndirici göstərici saqqal idi. Yeri gəlmişkən, Marksın saqqalla bağlı xüsusi fikri olub. Bu fikir özündənrazılıqla çulğalaşır və ortaya olduqca maraqlı mənzərə çıxarır.
Karl hələ tələbəlik illərində hamının onu tanıdığı xarici görkəmə özünün xüsusi statusunu göstərmək üçün müraciət etmişdi. Nə az, nə çox, iddialıydı ki, dünya onu yeni peyğəmbər və ya yeni fəlsəfənin yaradıcısı olaraq tanısın. Haradasa Musa ilə Sokrat, bəzi ehtimallara görə hətta Məhəmməd Peyğəmbər kimi görünmək istəmişdi. İnqilabı isə Gertsendən belə demək mümkünsə, oğurlamışdı.
Marks saqqalsız gəncliyi dönəmində o zaman hələ doğulmamış Mayakovskinin sonradan daşıyacağı böyük miqyaslı təbliğatçı, uca və zəhmli səslə danışmağa üstünlük verən natiq və lider funksiyasına iddialıydı. Tələbəlik illərində daşıdığı ləqəblər də bunu deməyə əsas verirdi. Hələ Bonn Universitetinin birinci kursunda oxuduğu vaxtlarda «vəhşi qaban» kimi tanınan Marks üçün xarakterik xüsusiyyətlər daim qalmaqalda olmaq, inadkarlıq idi. Daha sonra onu «Pivə həvəskarları klubunun prezidenti» və ya sadəcə «Prezident» adlandırmağa başladılar.