Kərə yağı ürəyi sağlam saxlayır

Bəli, yanlış eşitmədiniz! Dədə-babalarımız kərə yağını bol yemələrinin sirri də bunda imiş. Görünür, onların belə gümrah, sağlam və uzunömürlü olmasının əsas səbəblərindən biri qidalarında məhz xalis kərə yağının zəngin olması idi. Çünki orqanizmdə bolluğunun ziyanlığı iddia edilən xolesterol eyni zamanda ürək-damar sisteminin bərkidicisi funksiyasını daşıyır.

Davamı →

Palma yağı haqqında nələri bilməliyik?

Son illər palma yağı haqqında müxtəlif fikirlər söylənir. Minlərlə məhsulun istehsalında istifadə olunan və bəziləri tərəfindən zərərsiz hesab edilən palma yağı uzun müddətdir həyatımıza daxil olub. Əsasən İndoneziya və Malaziyada palma ağaclarının meyvəsindən istehsal olunan və demək olar ki, bütün qablaşdırılmış qidalarda istifadə olunan bu yağ haqqında nələri bilmirik?

Davamı →

Kərə yağı ilə müalicə

Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı. Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında: öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s.
Hindistanda əridilmiş kərə yağı 1001 dərdin dərmanı sayılır və Ayurvedada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Müalicəvi bitkilər və ədviyyatlar əridilmiş kərə yağı ilə qarışdırılır və bu halda daxilə qəbul olunur və ya dəriyə çəkilir. Təbii, keyfiyyətli kərə yağı həqiqətən çox qiymətli və faydalı məhsuldur. Kərə yağının tərkibində bir çox vitaminlər (xüsusilə A, E, D), minerallar, yağlı turşular, zülallar var.  

Davamı →

Ağızı bitki yağı ilə təmizləməyin faydaları

Yağ lipidləri müdafiə baryeri rolu oynayaraq, ağız boşluğundan zərərli bakteriyaların damaq və limfalara, ordan da qanla digər orqanlara yayılmasının qarşısını alır.

Bitki yağı təbii emulqatordur, o ağız boşluğunda sanki sabun kimi işləyir. Belə mühitdə göbələk infeksiyaları sıfıra enir, limfa sistemi yaxşı çalışır. 

Bu məqsədlə təmiz zeytun və ya küncüt yağı istifadə edə bilərsiz. Yağ orijinal, soyuq sıxılma metodu ilə alınmalıdır.
Davamı →

Qarğıdalı yağı

Qarğıdalı istehsalına 7-12 min il əvvəllər başlanmışdır. İlk dəfə qarğıdalı Meksika ərazilərində əkilib. Ən qədim qarğıdalı qalıqları Oaxaka rayonunda olan Qvila Nakits mağarasında arxeoloji qazıntılar zamanı tapılıb.

Qarğıdalı yağı açıq sarı rəngdən, qəhvəyi rəngə qədər ola bilir. Onun xoş ətri və özüəməxsus dadı olur. Onu “Qərbin qızılı” da adlandırırlar.

Qarğıdalı yağının aşağıdakı növləri var:
* rafinəedilmiş dezodoranlaşdırılmış (D marka) — dietik qidaların hazırlanmasında istifadə edilir
* rafinəedilmiş dezodoranlaşmış (P marka) – ümumi qidalanmada isstifadə edilir
* rafinəedilmiş dezodoranlaşmamış – xüsusi iyə məxsus olur, təyin edilmiş təmizliyə ehtiyacı olan növ
* rafinəedilməmiş – tünd rəngli, artıq maddələri çox olan növ.
Davamı →

Gənəgərçək yağının faydaları

Əvvəllər gənəgərçək yağı daha geniş istifadə olunurdu. Keçmiş əsrdə bu yağın köməyi ilə soyuqdəymələr, iltihablar, yaralar, qəbizlik və s. müalicə edirdilər.

Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.

Nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.

Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza — 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları «tənbəl» edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.


Ardı →

Yaraları sağaldan bitki - Kalanxoe

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.


Ardı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Yağın insan sağlamlığına vurduğu ziyan

Yağ: başa bəla
Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində 100 qramdan artıq yağ qəbul etməlidir. Qəbul edilən yağın 60 faizi isə mütləq kərə yağı olmalıdır. Çünki onun tərkibi insan orqanizmi üçün lazım olan A, E, D vitaminləri ilə zəngindir. Ancaq yağı normadan artıq qəbul etmək də bədənə mənfi təsir göstərə bilər.

Yağlı yeyək, yoxsa yavan?
Həkim-qastroenteroloq Gülçöhrə Müslümovanın dediyinə görə, yağdan ifrat dərəcədə istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın əmələ gəlməsinə şərait yaradır: «Kərə yağının tərkibində insan orqanizmi üçün faydalı olan mineral maddələr, vitaminlər var. Bu səbəbdən də yağdan tamamilə imtina etmək düzgün olmaz. Ancaq kərə yağından həddən artıq istifadə də orqanizm üçün zərərlidir. Xüsusilə də keyfiyyətsiz kərə yağlarından.

Keyfiyyətsiz kərə yağlarından istifadə zamanı mədədə ağrılar, mədə bulanması kimi hallar müşahidə olunur. Həzm prosesi düzgün getmədiyi üçün mədədə göynəmələr, ağırlıq ortaya çıxır. Zərərli yağlardan istifadə nəticəsində yaranan mədə-bağırsaq xəstəlikləri zamanı xəstədə ilkin olaraq mədə bulanması, epiqastral nahiyədə ağrılar, iştahsızlıq və halsızlıq kimi hallar müşahidə edilir. Bir müddət sonra isə xəstənin vəziyyəti ağırlaşır və daha ciddi problemlər ortaya çıxır. Ağır yeməklər yeyəndə mədədə kəskin ağrılar baş qaldırır».
Ardı →

Yağlı saçlar


Yağlı saç nədir və necə meydana gəlir? Deyilənlərə görə, düz saçlı insanlarda dəridən ifraz olunan yağ gün içində sürətlə yayılarkən, buruq saçlı insanlarda bu müddət daha yavaş irəliləyir. Bu vəziyyətdə də istifadə ediləcək şampunun çox diqqətli seçilməsi lazımdır. Saçı tez-tez yumaqda daha çox yağlandırır. Genetik və hormonal səbəblərlə yağlı olan saçları, 2 hətta 3 gündən daha çox yumağı təklif edirəm, getdikcə saçınızda azalma olacaq. Limonlu şampun istifadə edin ya da etibarlı markaların yağlanılmağa qarşı çıxardıqları şampunlar yaxşı nəticə verir. Saç kremi istifadə etməyin. Saç boyasının da yağlanılmağı azaltdığı deyilir.


Ardı →