Yağlı dəri üçün tonik


Hər dəri tipinin özünə xas xüsusiyyətləri var. Ona görə də dəriyə qulluq edərkən bu xüsusiyətləri nəzərə almaq lazımdır. Məsələn, yağlı dəri sızanaqlara və qara nöqtələrə meyilli olur. Dərinizin yağ balansını tənzimləmək üçün mütləq tonikdən istifadə etməlisiniz.

Yağlı dəri üçün ən effektli tonik resepti:
50 ml suyu qaynadın və üzərinə yarım xörək qaşığı yaşıl çay yarpağı əlavə edib 20 dəqiqə gözləyin. Daha sonra suyunu süzərək soyumağını gözləyin. Boş sprey şüşəsinə 1 xörək qaşığı gülab tökün. Daha sonra üzərinə hazırladığınız yaşıl çayı əlavə edin.
Davamı →

Yağlı dəriyə necə qulluq etmək lazımdır?

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox
Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.

Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin
Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.
Davamı →

Yağlı dərilər üçün tonal kremlə bağlı məsləhətlər

Ümumiyyətlə, tonal krem seçimində əksəriyyət çox vaxt çətinlik çəkir. Xüsusilə də, dərisini yaxşı tanımayanlar. Tonal krem almamışdan öncə dəri növünüzü düzgün müəyyən etmək çox vacib faktordur. Tonal krem tətbiqində ən çox problem yaşayanlar deyərdik ki, yağlı dəri növünə sahib olanlardır. Bu probleminizi həll etmək üçün sizinlə bəzi sirlər paylaşacayıq.

Düzgün məhsulu tapın
Yağlı dəriyə sahib olanların tonal krem seçimilə bağlı etdikləri ən böyük səhv, quru dərilər üçün olan ya da parlaq bitişə sahib tonal kremləri seçmələridir. Bu tonal kremlər yerinə, yağsız, mat bitişli tonal kremlərə üstünlük vermək daha düzgündür. Dərinizin təbii yağı sayəsində dəriniz quru görünməyəcək.
Davamı →

Yağlı cildlərə qulluq

Yağlı cildlərə qulluq o qədər də asan deyil.  Bu məsləhətlər işinizə çox yarayacaq:

* Həftədə bir dəfə dərinizi ölü hüceyrələrdən təmizləmək (peeling etmək) dərinizin parlamasını və təravətli olmasını təmin edəcək.

Maskalar:

1. Yumurta və şəkər maskası tam yağlı dərilərə görədir. Bir az yumurta və  bir az şəkər alıb qarışdırın. Daha sonra üzünüzə dairələr şəklində hazırlanan məhlulu tətbiq edin. 

2. Bir az portağal suyu və yumurta sarısı ilə edəcəyiniz maskanız üzünüzdəki artıq yağı alacaqdır. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək məsləhətdir. Bu sizin dərinizə daha çox parlaqlıq verərək, dərinizdə olan artıq yağları alacaqdır.

* Dərinizdəki yağlanmadan xilas olmaq üçün nəmləndiricilərdən istifadə etmək lazımdır və istifadə edəcəyiniz nəmləndiriciləri çox yaxşı seçməlisiniz.
Yağlı dəri üçün mütləq su əsaslı nəmləndiricilərdən istifadə edtmək məsləhətdir Tərkibi su ilə olan nəmləndiricilərin faydası da olduqca böyükdür. Su əsaslı nəmləndiricilər yüngüldürlər və tərkibində yağ olmur. Beləcə məsamələrinizin nəmləndiricilərinizlə dolması kimi bir dərdiniz olmaz.


Ardı →

Yağlı dəri üçün effektiv maskalar

Evdə hazırlanan yağlı dəri üçün istifadə edilən maskalar arasında ən təsirlisi təbii tərkibli maskalardır. Bu maskalar dəridəki yağ nisbətini azaldır, qara nöqtə və sızanaq kimi problemlərin öhdəsindən gəlir və qısa müddətdə nəticə verərək yağlı dəridə əmələ gələn problemləri düzələrək, dərizi hamar edeəcək. Yağlı dərilər üçün nəzərdə tutulmuş bu maskalar arasından sizin üçün ən uyğun olanı seçib maskanı istifadə edə bilərsiniz.

1-ci maska

Gil- 0.5 ç.q
Xiyar suyu — 1 x.q
Limon suyu - 0.5 c.q 
Yumurta ağı- 1 ədəd

Hazırlanması:

Bütün ərzaqlar yumşaq şəklinə düşənə qədər qarışdırın. Qarışığı göz ətrafından başqa bütün üzünüzə diqqətlə çəkin. 15-20 dəqiqə saxlayıb, ilıq suyla durulanın. Bu maska günəşə reaksiya verə bilər. Bu səbəbdən axşam isifadə olunması tövsiyə edilir.


Ardı →

Qara nöqtələr üçün maskalar

Üzdəki qara nöqlərdən sıxmaqla qurtulmaq çox böyük bir səhvdir. İlk növbədə kosmetoloq tərəfindən qara nöqtələrin mütləq təmizlənməsi lazımdır.
Qara nöqtələr daha sonra üzdə meydana gələcək sızanaqlarının xəbərçisidir. Yəni qara nöqtə yoxdursa, sızanaq da yoxdur.

Qara nöqtələri dırnaq ilə sıxmaq qətiyyən olmaz. Dərilərində qara nöqtələr olanlar, üzlərini on dəqiqə dəsmal altında buxar duşu etsələr faydalı olar.
Həmçinin qara nöqtələrdən qurtulumaq üçün sizə bir neçə maska resepti təqdim edirik.
Ardı →

Dəri tipinin müəyyənləşdirilməsi

Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri.

İnsan öz dəri tipini necə ayırd edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

2. Bir saat gözləyin.

3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?

4. Bir neçə ədəd nazik kağız (məsələn, «kalka» ) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.

6. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.


Davamı →

Qara nöqtələrə yox!

maska
Qara nöqtələr yağlı dərilərin ən böyük problemidir və onlarla mübarizə aparmaq üçün bir çox maskalar var. Onlardan ən əffektivini sizlərlə paylaşıram.

Bir kasa qatıqla 1 ədəd limonun şirəsini qarışdırıb gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqəyədək gözlədikdən sonra ilıq su ilə yuyun. Limon şirəsi dərini dezinfeksiya edir, sızanaqları qurudur, qara nöqtələri azaldır, qatıq isə dərini qidalandırır, nəmləndirir, dəridə yağın miqdarını tənzimləyir. 

Yuxarıda göstərilən maskanı həftədə bir dəfə tətbiq edin. İstəsəniz, maskadan sonra üzünüzü içərisinə çobanyastığı çiçəkləri atılmış su buxarına 5 dəqiqəyədək tuta bilərsiniz. Çobanyastığı dərini canlandırır. 

Həmçinin bax:
-Üz üçün maskalar 
-Normal üz dərisi üçün maskalar
-Yağlı dəri üçün maskalar
-Yağlı dəriyə qulluq
Davamı →

Yağlı dərisi olan xanımlar üçün faydalı maskalar

Əgər siz də təsirli baxışlara sahib olmaq istəyirsənsə onda sizə bəzi məsləhətlər verim.
1.Əvvəlcə bir neçə rəngdən ibarət olan bir ten dəstəsi al
2.Tenlərin arasından bir açıq, bir də tünd rəng təyin et. 
3.Göz qapağının üzərinə açıq rəng ten çək
4.Göz çuxurunun üzərinə tünd rəng ten yayaraq çək. Xaricə doğru yüngülcə dağıt. Hər iki tenin arasında diqqətə çarpan bir fərq olmaması üçün, rəngləri bir-birinə yedir. 
5.Gözünün iç küncündən başlayaraq, kirpik diblərinə eye-liner çək. Beləcə gözlərin olduğundan iri görünəcək. 
Davamı →

Yağlı dəriyə qulluq

Düzdür, yağlı dərilər sızanaq və qara nöqtə kimi problemlərlə sıx qarşılaşsa da, digər dəri tiplərinə nisbətən daha gec qırışır və yaşlanır. Sızanaq və qara nöqtə, üzün parıldaması kimi problemləri isə təbii qulluq maskaları ilə həll edə bilərsiniz.
Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.
Davamı →