Yaş anlayışı və onun növləri
İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır.
Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.
1. Xronoloji, yəni pasport yaşı
2. Bioloji və ya funksional yaş
3. Sosial, yaxud vətəndaşlıq yaşı
4. Psixoloji, yaxud psixi yaş
Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.
Ardı →