Kiçik məktəblilərin psixologiyası

Plan:

  1. Məktəbdə uşağın həyatında baş verən ilkin dəyişikliklər
  2. Kiçik məktəblilərin fiziki və psixi inkişafı
  3. Kiçik məktəblilərin təlim fəaliyyəti
  4. Kiçik məktəblilərdə oyun fəaliyyəti
  5. Kiçik məktəblilərdə əmək fəaliyyəti
  6. Kiçik məktəblilərdə idrak proseslərinin inkişafı
  7. Kiçik məktəblilərdə hislərin inkişafı
  8. Kiçik məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri
Sual 1. Uşağın məktəbə getməsi ilə onun həyatında yeni dövr başlanır. Bu dövr 6-10 yaşları (I-IV sinif ) əhatə edir.Bu vaxtdan etibarən oyun fəaliyyəti uşağın aparıcı fəaliyyəti olmur və öz yerini təlim fəaliyyətinə verir. Lakin oyun da onun həyatında mühüm yer tutur. Uşaq məktəbdə artıq yeni şəraitə düşür: şagirdlər üçün olan qaydalara əməl etmək, dərsin başlanğıcından sonuna kimi sakit eyni parta arxasında oturmaq, müəllimin bütün göstəriş və tapşırıqlarına əməl etmək, ev tapşırıqlarını yerinə yetirmək və s.

Davamı →

İnkişaf və yaş psixologiyasının tədqiqat metodları

Plan:

  1. Metodologiya haqqında anlayış.
  2. Yaş psixologiyasının əsas tədqiqat metodları.
  3. Köməkçi tədqiqat metodları.

Sual 1. Psixologiyanın öyrəndiyi psixi hadisələr çox mürəkkəb, rəngarəng və müxtəlifdir. Ona görə də psixi hadisələri tədqiq edərkən bir sıra prinsiplər əsas tutulur, müxtəlif metodlardan istifadə olunur. Metodologiya 2 sözdən – “metod” (yun. metodos-tədqiqat deməkdir) və “loqos” sözlərindən əmələ gəlmişdir və elmi tədqiqatların metodları haqqında təlim deməkdir.


Davamı →

İnkişaf və yaş psixologiyasının mövzusu və vəzifələri

Plan:

  1. Yaş psixologiyasının mövzusu
  2. Yaş anlayışı və onun növləri
  3. Yaş psixologiyasının vəzifə və problemləri
  4. Yaş psixologiyasının bölmələri və başqa elmlərlə əlaqəsi

 Sual 1. Müasir dövrdə sosial-psixoloji hadisələr vüsət alır, demokratik proseslər genişlənir, ictimai həyatın bütün sahələrində insan amilinin rolu artır, elm və texnika sürətlə inkişaf edir. Hazırda informasiyalar sürətlə artsa da, insanın beyninin dərketmə imkanları həddən artıq genişlənir. Belə ki, yarımkürələr qabığındakı 15-16milyard hüceyrədən insanın idrak fəaliyyətində yalnız 4% iştirak edir, 96% isə ehtiyatda qalır. Belə bir mülahizə vardır ki, yer üzərində yaşayan insanlardan yalnız 1faizi beynin imkanlarından səmərəli istifadə edir. Beləliklə, gələcəkdə beynin ehtiyatda olan imkanlarından daha çox istifadə etmək, effektli işləmək, optimist olmaq lazımdır. İnformasiya nə qədər artsa da, həyat yeni məlumatlarla zənginləşsə də, insan beyninin imkanları, idrakı onları dərk etməyə, mənimsəməyə qadirdir. 


Davamı →

Hansı ayda doğulmusan?

 İnsan haqqında bəzi məlumatları bilmək üçün onun doğulduğu bürc qədər adana olduğu ay, gün də köməyimizə gələ bilər. ANS PRESS doğum tarixinə görə xasiyyəti təqdim edir: 

Qeyd edək ki, bu xüsusiyyətlər sözsüz ki, heç də bütün insanlara aid deyil. 

1- 10 yanvar 
Davadan, qalmaqallardan xoşlanmayan, sevdiklərinə həddindən artıq çox bağlı, səbrli, çalışqan olur. Onların heç kimin malında, mülkündə gözü olmur. Uğursuzluqlara dözümləri yoxdur, tərif eşitməyi sevir. Yeniliklərə açıq insandır, olduğu məkanlarda da parlamaq istəyir. Əsla geri çəkilmir.
 
11- 19 yanvar 
Son dərəcə məntiqli, bacarıqlı, sözünün üzərində dayanan və təhsilə böyük önəm verən insandır. Ağlını və yaradıcılıq qabiliyyətləri asanlıqla birləşdirə, nəyin gərəkli, nəyin isə gərəksiz olduğunu asanlıqla anlayırlar. Gərəkdiyində sərt üzlərini göstərə bilir. Müşahidə qabiliyyəti güclüdür. 

20 — 29 yanvar 
Açıq sözlü, yenilikçi, dostluq əlaqələr güclü, orjinal fikirləri olan insanlardırlar. Onlar davranışları ilə asanlıqla hər kəsin diqqətini cəlb edə bilər. Gərəkdiyində duyğularını arxa plana sala bilir. Zehni qabiliyyəti güclüdür, hər şeyi tez öyrənə bilir. Çətinliklər qarşısında dərhal çıxış yolu tapa bilir. 

Ardı →

Uşaqlarla necə davranmalı?

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir.
Ona görədə onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik və sevgimizi hər zaman göstərməliyik.
Çünki onlar  göstərmədiyimiz hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın. Bu onlara özünə güvən duyğusunu aşılayır.

Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.

1 yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə  sahib ola bilmək onu sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır. Onların əvəzinə bu hissi valideyn yaşayır.
Ardı →