Yaşıl çay, yoxsa qara çay?

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.
Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır — yaşıl yoxsa qara? 

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur.
Davamı →

Yaşıl çay artriti müalicə edir

Vaşınqton Universiteti alimləri yaşıl çayın tərkibində güclü iltihabəleyhinə təsirə malik olan maddəni aşkar ediblər.

Tədqiqatçılar izah edir ki, hal hazırda revmatoid artritin müalicəsində istifadə olunan dərmanlar bahalıdır və uzun müddət ərzində istifadə olunduqda müxtəlif fəsadların inkişafına səbəb ola bilər. Yaşıl çayın tərkibində olan müalicəvi maddə «pigallocatechin-3-gallate» oynaqlarda ağrıları və iltihabı azalıdır, qığırdaq və sümük toxumalarını zədələmələrdən qoruyur.

EurekAlert xəbər verir ki, artıq alimlər yeni maddəni artrit xəstəliyi olan heyvanların üzərində test ediblər. Nəticədə heyvanlarda xəstəliyin simptomları azalıb, oynaqda olan şişkinlik qismən çəkilib.
Davamı →

Sağlamlığınıza faydalı 10 ən güclü qida

Gərgin iş tempindən və iş yerindəki stressdən yorğun mu düşürsünüz? Budur kayzen.az saytı olaraq stresslə mübarizə aparmaqda  tam sizə kömək edəcək 10 qida və onların sağlamlığa faydaları ...

Yulaf əzməsi: Lifləri sayəsində xolesterolu salır, qan şəkərini balanslarşdırır, tox tutur, eyni zamanda tərkibində karbonhidrat, zülal və dəmir ehtiva edir. Səhər yeməyində 1 kasa südün içərisinə 3-4 yemək qaşığı yulaf əzməsi, 2 ədəd quru ərik, 2 ədəd qoz və 1/4 çay qaşığı darçın əlavə edib qəbul edə bilərsiniz.

Acı şokolad: Lif, dəmir, maqnezium və mis baxımından zəngin olan acı şokolad sütlü şokolada görə daha çox kakao, antioksidan və daha az şəkər ehtiva edir. Daimi olaraq istehlak edildiyində ürək-damar xəstəlikləri riskini azaldır. Çox çox istehlak edildiyində kilo aldırır, bu səbəblə istehlak etdiyiniz miqdara diqqət edin.

Kələm: B, C və E vitaminləri, ayrıca dəmir və kalsium baxımından zəngin olan kələm xora xəstəliyinə yaxşı gəlir, qəbizliyi aradan qaldırır, immunitet sistemini gücləndirir. Günorta və ya axşam yeməyində 1 kasa qaynadılmış kələm, 1 kasa qatıq, salat və 1-2 dilim tam taxıllı çörək istehlak etmək sağlamlığınız üçün önəmli olacaq.

Qəhvə: Qəhvə içəcəyiniz zaman kafeinsiz seçim edə bilərsiniz. Gündə qəbul etdiyiniz 1 fincan qəhvə yaddaşı gücləndirir, öskürəyə yaxşı gəlir və konsentrasiyanı artırır.

Badam: Omega-3 qaynağı olan badam hər gün nizamlı olaraq istehlak edildiyində xolesterolu salır, ürək-damar xəstəliklərinə qarşı qoruyur, tok tutur və zəifləməyə köməkçi olur. Hər gün fasilə ilə 15 ədəd badam istehlak edə bilərsiniz.

Kartof: Dəmir, kalsium, maqnezium, və xüsusilə B, C, və nişasta baxımından zəngin bir qidadır. Ehtiva etdiyi lif sayəsində bağırsaqları işlədər, həzmi asanlaşdırır və immunitet sistemini gücləndirər. Diabet xəstələrinin çox istehlak etməməsi lazım olan bir qidadır.

Qatıq: Kalsium baxımından zəngin olan qatığın sağlamlığımıza çox faydası var. Dərini gözəlləşdirir, immunitet sistemini gücləndirir, həzmi asanlaşdırır, tox tutur və xüsusilə hər gün nizamlı olaraq istehlak edildiyində yağ yandirmağı sürətləndirərək kilo vermənizə köməkçi olur. Hər gün 1 kasa qatıq istehlak etməyi unutmayın!


Ardı →

Yaşıl çay haqqında bilmədiklərimiz

Yaşıl çay Camellia sinensis yarpaqlarından əldə edilən çaydır.Eyni bitkidən əldə edilən qara çay üçün yarpaqlar yavaş-yavaş qurudulur, yaşıl çayın isə yarpaqları toplanır-toplanmaz qovrularaq tez qurudulması həyata keçirilir.
Hər iki çayda da kafein vardır,amma yaşıl çaydakı kafein miqdarı daha azdır.Hər iki çayda da antioksidan maddələr vardır,amma yaşıl çay daha az işləmdən kecdiyi üçün onda antioksidan miqdarı da çoxdur.
Faydaları:…
Ardı →

Yaşıl çay və almanın qadınlar üçün faydalı xüsusiyyətləri

Yaşıl çay qadınları bir çox problemlərdən azad edir. Belə ki, alimlərin araşdırmalarına görə döşlərinin kiçikliyindən şikayətçi olan xanımlara yaşıl çay içmək çox müsbət təsir göstərir. Bununla yanaşı Amerika mətbuatının verdiyi məlumata görə, çayı xüsusilə balnan içmək qadının sinəsinin böyüməsinə aparıb çıxara bilər.  Amerikalı alim Santoş Katiar bildirir ki, bunun üçün gün ərzində bir neçə fincan yaşıl çay içmək lazımdır. Onun tərkibində xüsusilə süd vəzilərinin inkişafına təsir göstərən maddələr var.  Katiarın sözlərinə görə, gündə balla bir neçə fincan çay içən xanım artıq 1 aydan sonra sinəsindəki dəyişikliyi hiss edir.

Alma və alma sirkəsinin təbii gözəllik və sağlamlıq qaynağı olduğunu bilirdiz? Dəri baxımı, saç baxımı, sızanaq, dəridəki ləkələr, köklük, varis müalicəsi. Bütün bunlar üçün ehtiyacınız olan şey yalnız alma. Xüsusilə alma sirkəsi sağlamlıqla parlayan saçlar, ləkəsiz bir dəri və incə, gözəl bir bədənə qovuşmağını üçün əhəmiyyətli rol oynayar.
Ardı →

Təz arıqlamağın ən qısa yolları - bitki çayları

Son illərdə bitki çayları ilə müalicə dünyada xeyli genişlənib. Məlumdur ki, bu gün dünya aclıqdan daha çox, toxluqdan əziyyət çəkir. Bu gün ABŞ-da hər dörd adamdan biri köklükdən əziyyət çəkir və yeməkdən üç dəfə çox arıqlamaq üçün pul xərcləyir. Bu gün dünyanın bir tərəfi aclıq içində qıvrılarkən, 1 saniyədə 5 körpə acından ölərkən, dünyanın başqa yerlərində, əsrlər boyunca istismarla, işğalla məşğul olmuş ölkələrdə köklük ən böyük bəlalardan biri kimi cəmiyyətin qarşısında dayanır. Birinin aclığı o birinin ifrat köklüyünə çevrilir və hər iki tərəf də əziyyət çəkir, biri yoxluqdan, biri çoxluqdan. Alimlər yazırlar ki, kökəlməyə qarşı sərt müdaxilə, yəni cərrahi əməliyyat və ya bu cür yanaşmalar həmişə müsbət effekt vermir, fəsadlarla nəticələnir. Onu da vurğulayırlar ki, insan tədricən, özü də təbii yolla arıqlamağa çalışmalıdır. Bu üsulların ən effektli sayılanlarından biri bitki çayları ilə arıqlamaqdır.
Ardı →