Vaxtından əvvəl yaşlanmağa səbəb

Insanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.
1. Həddindən artıq arıq olmaq — Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.
2. Gözləri ovuşdurmaq — Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.    
 

Davamı →

Qadınları erkən qocaldan səbəblər

Estrogen
Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur. Bu hormonun səviyyəsi azaldıqda qırışlar görünür, üzün oval şəkli pozulur və döşlər sallanmağa başlayır. Estrogen səviyyəsinin aşağı olması ilə bədən sürətlə qocalmağa doğru gedir.

Estrogen necə artır?
Alimlər deyir ki, ət məhsulları estrogen ifrazını boğur. Odur ki, heyvan zülalları istifadəsini azaltmaq faydalıdır. Onların əvəzinə soya pendiri, soya südü, qəhvəyi düyü, kətan toxumu, təzə tərəvəz və meyvələr yeyin.
Davamı →

Psixoloji yaşla bağlı maraqlı faktlar

Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur? Tədqiqatçılar iddia edir ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir.

Sosial-psixoloji yaş
İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğu üzündən bəşəriyyət bütövlükdə uzunömürlü oldu. Odur ki, yaş təsnifatında dəyişikliklər etmək lazım olduğunu etiraf etmək vaxtı yetişdi.
Davamı →

Qaçılmaz həqiqət - yaşlılıq

Heç kim yaşlanmaq istəmir
İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir.

Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itgisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.
Ardı →

Qırış əlehinə 6 qızıl qayda

Qırışlar yaşlanmağın qaçılmaz bir hissəsi və bir neçə faktorun nəticəsidir. Gülən və qaşqabaqlı olan zaman, həmçinin soyuq havalarda qırışlar və kiçik xətlər yaranır.

Qırışlara qarşı mübarizə aparmaq üçün 6 qızıl qaydaya əməl edin. 

Soyuqdan qoruyun
Soyuq havalarda bayıra çıxmazdan əvvəl nəmləndirici kremlər çəkin. Dərisi quru olanlar isə tərkibində bitki yağı olan kremlər çəkməlidir. 

Günəşdən qoruyun
Dərini günəşli havada müdafiəsiz buraxmayın. Günəş şüaları dəridə erkən qırışların və ləkələrin yaranmasına səbəb olur. SPF qoruyucu olan günəş əleyhinə kremlər istifadə edin. 

Nəmləndirin
Yaş artdıqca dəri quruyur və nəmini itirir. Nəmin olmaması isə dəridə qırışların yaranmasının ilkin səbəbidir. Hər gün bol su qəbul edin.
Ardı →

Dərini qocaldan faktorlar

Hər yaşın ayrı bir gözəlliyi olsa da, gənc və parıltılı dəri hər bir qadının xəyalıdır. Təəssüflər olsun ki, yaşlanma müddətini dondurmaq mümkün deyil. Lakin dərinin gənc qalmasını uzatmaq və qocalmasını bir müddət gecikdirmək olar. Zamanla hüceyrələrin yaranması dayanır və dəri nazikləşir. Dəri elastikliyinin əsasını və onun sıxlığını təşkil edən kollajen proteinlərinin əsası pozulur. Dəri elastikliyini və sıxlığını itirir. Nəmini qoruya bilmir və qırışlar yaranmağa başlayır. 

Mimika ilə danışmaq üçün üzün əzələlərindən istifadə edirik. Lakin zamanla  gülüşlər və mimika ilə danışmaq bizim əleyhimizə işləyir. 
Ardı →