Qocalmanı ləngidən və sürətləndirən qidalar

Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif «yaş əleyhinə» (ingilis dilində — «anti-age») proqramlar hazırlayır.

Bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı «aldatmaq» üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:


Davamı →

Vaxtından əvvəl yaşlanmağa səbəb

Insanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.
1. Həddindən artıq arıq olmaq — Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.
2. Gözləri ovuşdurmaq — Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.    
 

Davamı →

Mən qocayammı?

  • Esse
Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən “cəld davranmaqla” bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. “69 mənə yeniyetməlik kimi görünür”, — deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: “Mən indi qoca qarıyam”.

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, “qocalıq” nədir?
Davamı →