Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?

  • Esse
Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi.

Davamı →

Tək qalmağın 10 faydası

1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.

2. Duyğu üzvlərimiz kəskinləşir
Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.


Ardı →

Yalnızların gücü

«The Boston Globe”da maraqlı bir yazı çıxdı, ola bilsin nəzərdən yayınıb. Adı belə idi: “Yalnızların gücü”

Məqalədə, başda Harvard Universiteti olmaqla, hal-hazırda aparılan müxtəlif elmi araşdırmaların nəticələrinə görə, yalnız uşaqların, yalnızlığı sevən gənclərin, ümumiyyətlə yalnız insanların empatiya gücü yalnız olmayanlarla müqayisədə daha yüksəkdir.

Başqa bir ifadəylə, fasiləsiz olaraq qrup psixologiyası ilə hərəkət edən, özünü hər-hansı kollektivin üzvü hesab edən, müstəqil bir şəxsiyyətə malik olmayan insanlar, hansı sosial statusa malik olursa olsun, arada bir tək qalmağı sevən insanlarla müqayisə edildikdə, başqasına anlayış göstərməkdə, tolerant olmaqda, digərlərinə nəvaziş göstərməkdə daha geridə qalırlar.

O halda yalnız insanlar zənn etdiyimiz kimi, asosiyal, bacarıqsız və kədərli deyillər. Müxtəlif universitetlərdə keçirlən təcrübələr yalnız insanların, digərlərinə nisbətən daha xoşbəxt olduqlarını göstərir. Tez-tez başqalarıyla vaxt keçirməyin insanı yoran, insanı narahat edən bir tərəfi var.

Bu cümləni çox eşitmişik “İnsan sosial varlıqdır”. Sosial həyatda aktiv olmağa, tez-tez başqalarıyla vaxt keçirməyə ehtiyac duyuruq. Görəsən belədirmi? Bu iddia bir az qəribə görsənə bilər, fəqət düşünməkdə xeyir var. Bəlkə də biz, Türkiyədə həddindən artıq sosiallaşırıq?
Ardı →

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.


Ardı →

Tənhalıq

Sənsiz olmur, bacarmıram,

Sıxır sənsiz yollar məni

Həsrətinlə boğuluram

Yaman sıxır kədər məni.

 

Sənsiz yatıb, oyanıram,

Yer içində qıvranıram,

Sənsiz necə yaşayıram?!

Bu günümdə axtar məni.


Ardı →

Mən tək qalanda

Mən tək qalanda səni düşünürəm,
üzündəki təbəssümü,
qəhvəyi saçların altından boylanan məsum üzünü,
qara gözlərin dərin baxışını,
incə əllərinin əlimə toxunuşunu...

Mən tək qalanda
səninlə şərab içirəm,
sərxoş olunca içirik
həzin musiqi eşliyində rəqs edirik,
nəfəsini boynumda hiss edirəm,
sərxoşluğumuza gülürük...


Və mən tək qalanda sizə belə yalan yazılar yazıram,
və əslində mən tək qalanda belə xəyallar uydururam...
Davamı →

Mənasız...

Sevəmədiyim günlərim oldu

İstəyibdə görəmədiyim insanı

sevəmədiyim günlərə qeyd etdim...

Sevəmədiyim günləri qeyd etdim

Tək başına

içki masasında...

Üstünə bir də siqaret yaxşı gedər

sənsizliyin...

Gözlərinə baxıb

solğun bənizimi görmədiyim günlər...

İkilikdə dinlədiyimiz mahnılar da həsrət qalıb sənə

Gözlərini gözlərimdən qaçırdığın xatirələr...

 

İçki çox şeyi xatırladır,

elə deyilmi?


Davamı →

Düzgün olmayan tərbiyə, ananın səhvi yoxsa... yalnızlıq?

Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür, ele hey düşünürdü. Bu yaşa gəlmiş, amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə, yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi.Yoxsa, mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey vermirdi ona, növbəti faydasız saatlar demək idi.İndi ona fərq etmirdi mənasızdı, ya mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul, üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı. Amma qısmət olmadı. O dövrdə olmazın acılarını çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış (ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı məsafə elə də uzaq deyildi.Oğlanları isə, böyük oğlu İqbal, Namiq, Babək və Sadiq — hər biri ailə sahibi idilər. Onu nəticə sahibi də etmişdilər. Amma nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları, nə qızları ona nəyinki baş çəkmir, heç telefonlada əlaqə saxlamırdılar. Onu soruşan onunla maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü günahlandırırdı. Yəqin düzgün tərbiyə edə bilməmiş, valideyn haqqı, övlad haqqını onlara aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?


Ardı →