Yanıqlara qarşı ilkin yardım necə edilir?

Bu mövzu yanıqlara qarşı ilk yardım mövzusudur. Ona görə bu məqaləni diqqətlə oxumanızı xahiş edirəm, çünki yanıqlar evdə, çöldə və hər yerdə hər an meydana gələ biləcək vəziyyətlərdən biridir. Yanıqlar yalnız alov ilə deyil, bir çox fərqli yollardan da reallaşa bilər.

Yanıqlarda ilk kömək necə edilməlidir?
  1. Yanıqlarda ilk və ən əhəmiyyətli addım yanığa məruz qalan adamı yanığın qaynağından dərhal uzaqlaşdırmanızdır.
  2. Yanğın baş verən yer bağlı yerdirsə, dərhal elektrik kəsilməlidir.
  3. Əgər adam hələ alov içində və paltarları yanırsa, təlaşlanmadan və sakit bir şəkildə adamın qaçmasına imkan verməmək və üzərinə tapa bildiyiniz ədyal, pencək və ya qalın hər hansı bir şey ataraq alovun hava ilə təmasını kəsmək lazımdır. Əgər o anda adamın üzərinə atacaq hər hansı bir paltar və ya başqa bir şey yox isə, o zaman dərhal adamın yerdə yuvarlanmasını təmin edin.
  4. Yanan adamın yanan bədənini dərhal ən az 20 dəqiqə boyunca yumşaq bir şəkildə axan soyuq suyun altına tutun.

Davamı →

Yağ yanığında ilk yardım

Qaynar, əridilmiş yağdan yanıq dəridə iz qoyan, epidermisin dərinliyinə kimi gedib dağıcıdı təsir göstərən yanıq travmalarından biridir.

— Dəriyə düşdüyü zaman bitki yağı dəri üzərində plyonka kimi örtük yaradır, bu da dərinin soyumasına imkan vermir. Ona görə soyuq suya qaçmazdan əvvəl təmiz salfetlə bu plyonka qat təmizlənməlidir. Yanıq yerini çox sürtmədən salfetlə silin.

— Yaranı soyuq su altında 15 dəqiqə saxlayın. Bu, toxumaları soyudub, qıcıqlanmanı götürəcək

— Əgər dəridə suluq, qabarcıq yaranıbsa, onu deşmək, kəsmək olmaz
Davamı →

Yanıqlar zamanı ilk tibbi yardım

Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü – bir sözlə əl altında nə varsa ola bilər.

Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır.
Davamı →

Dilinizi isti çayla yandırmısınızsa

Yəqin ki, hər bir insanın başına gələn xoşagəlməz hadisədir. Qaynar çay və ya qida dili yandırdıqda insan kəskin ağrı hiss edir, dil qızarır, şişir.

Bu halda nə etmək lazımdır? Sizə ağrını azaltmaq üçün bir neçə çarə təqdim edirik:

1. Soyuducuda soyuq süd və ya yoqurt varsa, onlardan istifadə edin. Dilin üzərində saxlayın və yavaş-yavaş udun.

2. Dilin üzərinə bir az şəkər tozu tökün. Qəribə səslənsə də, bu çox effektli vasitədir. Ağrı tez bir zamanda keçir.

3. Dilin üzərinə bal qoyun.

4. Mentollu saqqız çeynəyin. Mentol ağrını azaldır. Dilin üzərində suluqlar əmələ gəlibsə, ağrı keçmirsə, mütləq həkimə müraciət edin.

saglamolun.az 
Davamı →

Yanıq zamanı yol verilən səhvlər

Yanıqlar cürbəcür olur, yəni qaynar su yanığı, qaynar yağ yanığı, oddan yanma, elektrikdən yanma, radiasiya yanıqları, kimyəvi yanıqlar və s.
Bir şeyi də xatırladaq ki, uşaqlar arasında baş verən yanıqlar daha çox qaynar su (məsələn, qaynar çaydanın aşması, qaynar stəkanın dağılması və s.) yanığıdır ki, bu da daha çox diqqətsizlikdən və dəcəllikdən irəli gəlir. Buna görə də yanıqlar daha çox 1-3 yaş arası uşaqlarda müşahidə edilir. Odur ki, həmişə çay dəmləyərkən və ya süfrəyə çay verərkən diqqətli olmaq lazımdır.

Bəs yanığı müalicə edərkən ilk olaraq nəyə diqqət yetirmək lazımdır? — Daha geniş nahiyəni əhatə edən və əl-üzü örtən yanıqlar mütləq xəstəxanada müalicə olunmalıdır. Yanığın nə dərəcədə dərin olduğu nəzərə alınmalıdır. Əgər yanıq səthidirsə, daha doğrusu, dərin deyilsə, 3 həftəyə, səthi deyilsə, yəni dərindirsə, daha uzun müddətə sağalır. Ümumilikdə isə sağalması 3 həftədən çox çəkən yanıqlar cərrahi müdaxilə tələb edir.


Ardı →

Termik yanıqlar zamanı ilk tibbi yardım

Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır: 

1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir.

Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar.

2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır.


Ardı →

Yanıqlar haqqında

Yanıqlar əmələ gəlməsindən asılı olaraq 2 yerə bölünür.
1.Termiki
Yüksək temeperaturlu maddələr  dəydikdə-qaynar su,maye,müxtəlif dərəcədə qızdırılmış cisimlər dəriyə və selikli qişalara dəydikdə baş verir.
2.Kimyəvi
Müxtəlif turşu qələvi,ağır metallik duzların təsirindən dəriyə düşən yanıqlar
Ardı →

Gözdə yanıqlar

Yanıqlar kimyəvi termik yanıqlara və şüa enerjisi yanıqlarına bölünə bilər.

Gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verərək, müxtəlif dərəcədə ağır zədələnmələrə, hətta gözün itirilməsinə səbəb olur. Kimyəvi yanıq baş verdikdə sonrakı müalicələrin effekti müalicə tədbirlərinin sürətlə görülməsindən asılıdır.
Ardı →