Qənaət rejimi

Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.

Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə yanacağa 40 faizədək qənaət edərlər.
Davamı →

Azərbaycanda ən az yanacaq işlədən 5 avtomobil

Avtomobil alarkən əksər alıcıları maşının az yanacaq işlətməsi maraqlandırır. Bu baxımdan hansı avtomobillərin daha az yanacaq işlətməsi ilə bağlı məlumatlar maraqla izlənilir. Ən kiçik mühərrikli və az yanacaq sərf edən modellər Çin, İran, Amerika, Yaponiya və Azərbaycan istehsalı olan avtomobillərdir. Azərbaycanda bu avtomobillərin alıcıları seçim edərkən kiçik olmasını və qənaətcilliyi nəzərə alırlar.

1. Ən kiçik mühərrikli və ən ucuz avtomobil – “Changan Benni”
Ən kiçik mühərikli avtomobillər sırasında ilk yeri “Changan” şirkətinin “Benni” avtomobili tutur. Cəmi 1 litr həcmli 80 at gücündə mühərriklə “Changan Benni” 100 km məsafəyə 5,2- 5,7 yanacaq sərf edir. “Sirena Motors” şirkətindən verilən məlumata görə, maksimal sürət həddi 180 km/saat olan avtomobil Bakıda 8 min manata satılır. Həm də ölçülərinin kiçik olması ilə seçilən avtomobili daha çox qadınlar və şirkətlər alır. Xanımlar əsasən kiçik və sərfəli olduğu üçün “Benni Mini” alır. Şirkətlər isə bu avtomobildən loqolarını yapışdırmaq üçün istifadə edirlər.
Davamı →

Avtomobilin daha az benzin yandırması üçün nə etməli?


“Yanacağa qənaət etmək üçün avtomobilləri mütəmadi olaraq təmir etdirmək lazımdır”. Bu fikirləri Türkiyənin Neft Məhsulları İşəgötürənlər Birliyinin rəhbəri İmran Oxumuş deyib.

O bildirib ki, ətraf mühitin təhlükəsizliyi və xərclərin minimum endirilməsi üçün yanacaqdan mümkün qədər səmərəli istifadə etmək lazımdır.

“Ucuz yanacaq almayın. Sürücülər ilk 5 kilometrdə yüksək sürətlə hərəkət etməməyə diqqət etməlidir. Çünki ilk kilometrlərdə yüksək sürət zamanı mühərrikin iç sürtünməsi artır və buna görə yanmamış yanacaq yanma kameralarına keçir və istehlak ciddi şəkildə artır. Yanacaq sərfiyyatında optimal dəyəri müəyyən etmək üçün 90km/saat ideal sürətdir. Sürücülər avtomobillərini sabit sürətlə sürməlidirlər və təkərlərin hava təzyiqi dəqiq ölçüdə olmalıdır”, – deyə İ.Oxumuş bildirib.
 
Avtomobil həvəskarlarının diqqətinə:
Changan cs 95 – yüksək keyfiyyəti və böyük həcmi ilə sizə çətinliklərin üstəsindən gələcək!

Davamı →

Yanacağa necə qənaət etməli?

Benzinin qiymətinin artdığı vaxtlarda ona necə qənaət edilməsi barədə tez-tez düşünürük. Yanacağa qənaət etməyin yolu piyada gəzməkdən keçir. Əlbəttə, bu, bir zarafatdır.

Saz avtomobil qənaətin birinci şərtidir. Yanacağa qənaət etmək üçün avtomobilin hissələrinin yaxşı işlədiyinə daim diqqət etməlisiniz.

İkinci şərt avtomobillərin hava, yanacaq filtrlərini tez-tez yoxlamaqdır. Çirkli filtrlər 4 faiz artıq yanacaq sərfiyyatı deməkdir.

Davamı →

Benzinə qatılan əlavələr

Hazırda şəhərimizdə bir çox şirkət benzinə qatmaq üçün müxtəlif əlavələr təklif edir. Keyfiyyətsiz avtomobil benzini mühərrikin işinə mənfi təsir göstərə, habelə karbüratorun, filtrin, forsunkanın və s. yolunu tuta bilər. Belə benzindən istifadənin mənfi nəticələrindən yaxa qurtarmaq üçün ehtiyat hissələri satılan mağazalardan yanacağa qatılan müxtəlif əlavələr almaq və yanacağa əlavə etmək olar.

Ardı →